Sürət həddindəki dəyişiklik qüvvədən düşüb. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq, Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılıb.
Sürət həddi ötən gün axşam saatlarında endirilmişdi.