8 noyabr saat 07:00-dan etibarən Zəfər günü ilə əlaqədar Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 6 noyabr tarixində Report.az məlumat yayıb.
Məhdudiyyət “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri və Ağ Şəhər Bulvarı istiqamətində qoyulacaq.
Nəqliyyat vasitələri üçün alternativ yol olaraq 20-ci Sahə dairəsindən Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.