3 noyabr tarixində Yeni Klinikada Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Klinikanın rəhbərliyi və TƏBİB-in nümayindələri ön cəbhə xəstəxanalarında çalışan bir qrup tibb işçilərilə görüşüb. Bu barədə TƏBİB öz Facebook səhifəsində məlumat paylaşıb.
İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və həkim-cərrah İmran Qurbanovun çıxışlarından sonra tibb işçilərinə təşəkkürnamələr təqdim olunub.
Paylaşımda qeyd edilib ki, Vətən müharibəsində iştirak etmiş digər tibb işçiləri də mərhələli şəkildə təltif ediləcəklər.
[URIS id=12762]