Bakıda 3 may tarixində intihar edərək binadan atılan məktəblini xilas etməyə çalışan Zahid Niyazovun çənəsi əməliyyat olunub. Bu haqda bu gün, 7 may tarixində Oxu.az məlumat verib.
Əməliyyat Dövlət Gömrük Komitəsinin hospitalında baş tutub. Niyazovun vəziyyəti orta-stabil qiymətləndirilir.
Daha öncə məlum olmuşdur ki, 38 yaşlı Zahid Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizəsi Xidmətinin Əməliyyat İdarəsində işləyir.
Niyazov sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozları ilə xəstəxanaya yerləşdirilmişdir. Zahid Niyazova ilkin tibbi yardım göstərildikdən sonra o, ailəsinin təkidi ilə özəl klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.