top
Özündən xəbərsiz kartından 800 manatlıq alış-veriş edildi – “Kapital Bank” müştərinin təhlükəsizliyini niyə təmin etməyib?
07 oktyabr 2024, 01:10
- ↺ +

Özündən xəbərsiz kartından 800 manatlıq alış-veriş edildi – “Kapital Bank” müştərinin təhlükəsizliyini niyə təmin etməyib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Online alış-verişlərdə dələduzluq riskləri çoxdur. Son dövrlərdə isə bu cür hallar daha da artıb.

Belə ki, ötən həftə bir qadının kartından “Stradivarius” mağazasından 800 manatlıq alış-veriş edilib. Sosial şəbəkələrdə narahatlığını ifadə edən xanım bildirib ki, pul Kapital Bank kartından çəkilib və ona təhlükəsizlik SMS-i gəlməyib. Buna görə də, kartından pul çəkilməsinin qarşısını ala bilməyib. Ümumiyyətlə, təhlükəsizlik kodunun gəlməməsi ilə bağlı şikayətlər kifayət qədərdir.

Buna səbəb nədir?

Məsələ ilə bağlı Kapital Bank Bizim.Media-nın sorğusunu cavablayıb. Bildirilib ki, kodun göndərilməməsi vəsaiti qəbul edən tərəflə bağlıdır.

“Bütün Kapital Bank kartlarında 3D təhlükəsizlik xidməti mövcuddur. Ödəniş zamanı vəsaiti qəbul edən tərəfin ödəniş sistemi 3D təhlükəsizlik xidmətini dəstəklədiyi halda müştəriyə təsdiq üçün birdəfəlik kod göndərilir. Qarşı tərəf tələb etdiyi halda və mobil operatorda heç bir çətinlik yoxdursa, müştəri anında 3D təhlükəsizlik kodunu əldə edir”.

Bəs bank müştərilərin təhlükəsizliyini necə təmin edir?

Kapital Bankın mətbuat xidmətinin verdiyi açıqlamaya görə, bu mövzuda bank mövcud qanunvericiliyə, requlyativ tələblərə və beynəlxalq təcrübələrə istinad edir:

“Dələduzluq əməliyyatlarının qarşısının alınması məqsədilə Kapital Bank-da fasiləsiz olaraq günün 24 saatı rəqəmsal əməliyyatların monitorinqi həyata keçirilir. Əməkdaşlarımız tərəfindən dələduzluq risklərinin və insidentlərin aşkarlanması, monitorinqi və aidiyyəti qurumlarla koordinasiyası aparılır. Şübhəli və dələduzluq nəticəsində baş verən əməliyyatların qarşısı alınaraq müştərilərimizin mümkün maliyyə itkilərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür”.

İnsanların dələduzlardan qorunması yönündə maarifləndirmə işləri aparılırmı?

Kapital Bankın mətbuat xidmətindən bildirilib ki, bank tərəfindən tədbirlər görülsə də, vacib məqam odur ki, təhlükəsizliyin təmini üçün banklarla müştərilər birlikdə addımlamalıdırlar.

“Müştərilərimizdən etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodunu – 3 rəqəmli kodu, SMS vasitəsilə gələn 3D təsdiqləmə OTP (birdəfəlik şifrə) təhlükəsizlik kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar və digər qurumlar  adından hazırlanaraq dələduzlar tərəfindən təqdim olunan  videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik. Bununla yanaşı, saxta veb-linklərə keçid etmək, həmin linklərdə kart məlumatlarını yerləşdirmək, müxtəlif sosial şəbəkələrdə asan qazanc əldə etməyi vəd edənlərə inanmaq olmaz”.

Dələduzluqla qarşılaşan şəxs ilk olaraq nə etməlidir?

Kapital Bankdan o da bildirilib ki, kartından pul çəkildiyinin fərqinə varan insanlar ilk olaraq kartlarını bloklamalıdırlar:

“Yaxud bankla əlaqə saxlamalıdırlar. Əlaqə üçün ən yaxın filiala yaxınlaşmaq və ya bankın sorğu mərkəzindən, rəsmi sosial media kanallarından, eləcə də mobil tətbiqdən müraciət etmək olar. Müraciətin ardından bank dərhal kartın, ona bağlı ApplePay /GooglePay üzrə tokenlərin və ya müştərinin mobil bankçılıqa bağlı istifadəçi profilinin bloklanmasını təmin edir.
Daha sonra müştəri həmin silinmələri banka bəyan etməli, əməliyyatın özü tərəfindən aparılmadığına dair iddia qaldırmalıdır. Qarşılığında isə bank həmin iddianı qəbul edərək Mərkəzi Bank-ın direktivləri və prosedurlarına, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və daxili prosedurlara uyğun olaraq araşdırmanı başlayır və araşdırmanın nəticəsi haqqında müştəriyə məlumat verir.

Bu, individual məsələ olduğundan bəzi hallarda müştəridən filiala gəlmək, əlavə sənədləri təqdim etmək və ya prosedurlara əsasən müvafiq ərizələrin yazılması, hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş oluna bilər”.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər