Bakı Gəmiqayırma Zavodu yeni tanker istismara verib. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Zəngilan” tankeri istismara verilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.