Bakının Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına parkdan skamyalar yoxa çıxıb. Bu haqda bu gün, 22 fevral tarixində Bizim.Media məlumat verib.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, oturacaqlar aidiyyəti qurum tərəfindən təmir məqsədilə ərazidən götürülüb. Təmir işləri yekunlaşdıqdan sonra skamyalar öz yerlərinə qaytarılacaq.
2023-cü ilin aprel ayında Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olacaq. Prezident İlham Əliyev Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.