Bakıda Zabit Səmədovun təşkilatçısı olduğu turnir keçiriləcək. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.
MMA döyüşləri üzrə turnir “New Generation Fighting” təşkilatı tərəfindən keçirilir. Yarış çərçivəsində 10 döyüş baş tutacaq. Onlardan biri kikboksinq qaydalarına uyğun təşkil olunacaq.
Əsas döyüş azərbaycanlı idmançı Məhəmmədəli Osmanlı və mərakeşli döyüşçü Ömər Aşur arasında baş tutacaq.
Turnir bu gün “Jolly Joker Baku”da təşkil olunacaq.