Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycana rəsmi səfər edəcək. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Özbəkistan Prezidentinin saytına istinadən məlumat verir.
Mirziyoyev Bakıya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gələcək.
Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.
Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Danışıqların yekunu olaraq, ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.