Zibil yeşiyinə atılmış körpənin müalicəsi bitib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Son müayinələrdən keçirilən körpənin heç bir narahatlığı aşkarlanmayıb. Müalicələrdən sonra götürülən analizlərin nəticələrində neqativ hal müşahidə olunmayıb. Xəstəxanadan buraxılan zaman onun çəkisi 3 kiloqram 600 qramdan artıq olub.
Körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.
Cari ilin 18 iyul tarixində Sabunçu rayonunun Tatarski küçəsində ana öz doğma körpəsini zibil yeşiyinə atmışdı.