Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində avtobuslar üçün zolaq ayrılıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Transport for Baku Facebook səhifəsinə istinadən məlumat verir.
Bu zolaqlardan başqa nəqliyyat vasitələrinin istifadəsi qadağandır. "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə uyğun olaraq, həmin zolaqlara çıxan avtomobillərin sürücülərinə 40 manat dəyərində cərimə nəzərdə tutulub.
[caption id="attachment_108878" align="alignnone" width="640"]
Foot Transport for Baku Facebook səhifəsi[/caption]