Ziya Bünyadov prospektində təmir işləri aparılacaq. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Prospektin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidinin inşa olunması ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Məhdudiyyət 4 noyabr saat 01:00-dan 07:00-a qədər davam edəcək.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.