Nobel mükafatı laureatı BDU-ya gəlib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir..
Dünya şöhrətli alim, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbələri ilə görüşüb.
Daha sonra professor “DNT-nin bərpası və beyin xərçəngi” adlı təqdimatla çıxış edib.
Əziz Səncər yaxın gələcəkdə tədqiqat nəticələrinin xərçəngin müalicəsində tətbiq ediləcəyinə ümidvar olduğunu bildirib.