Zuğulba prospektində yol xətləri yenilənir. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Prospektin Buzovna qəsəbəsi istiqamətində olan hissəsində yol cizgiləri yenilənir. Bununla bağlı prospektdə hərəkət qismən məhdudlaşdırılıb. Yenilənmə işlərinin prospekt boyunca davam edəcəyi gözlənilir.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.
[caption id="attachment_102800" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]