Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində ayrı-ayrı vaxtlarda 4 nəfərin ümumi dəyəri 1000 manatdan artıq olan velosipedlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 19 yaşlı E.Süleymanov və daha 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.