Xəzər rayonunda qoyun oğurlayan şəxs saxlanılıb. Bu haqda 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Xəzər rayonunda dekabrın 27-də N.Sadıqova məxsus həyətyanı sahədən 4 baş qoyun oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Rəfiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.