Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
29 yaşlı Məryəm Rüstəmli avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə yaralı Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.