Yasamal rayonunda "Məişət zorakılığına qarşı mübarizə” mövzusunda görüş keçiriləcək. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az “Gender Hub Azerbaijan”a istinadən xəbər verir.
"İnsan Hüquqları Təhsili: Gənc Fəallar və Hüquqşünaslar Gender Bərabərliyi naminə" layihəsi çərçivəsində keçirilən tədbirdə məişət zorakılığı, ona bağlı leqal və legitim anlayışlar, başvermə səbəblərinə dair konsepsiyalar, qüvvədə olan qanunvericilik və onun problemli məqamları, eləcə də beynəlxalq hüquqi aktlar, onların tətbiqi kontekstində məişət zorakılığının qarşısının alınması mövzularına toxunulacaq.
Tədbir 22 iyul saat 11:00-da “Globus Center” Biznes Mərkzəzinin 13-cü mərtəbəsində baş tutacaq. İştirak ödənişsizdir. Öncədən qeydiyyatdan keçmək lazımdır.