top
Bakı şəhərinin gerbləri: qədim alovlar diyarının təsviri
29 noyabr 2021, 02:20
- ↺ +

Bakı şəhərinin gerbləri: qədim alovlar diyarının təsviri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İçərişəhərdə Qoşa qala qapıları üzərində həkk olunmuş təsvirlər göstərir ki, hələ orta əsrlərdə Bakının öz gerbi olub. Burada öküz başı, iki kiçik disk, şir rəsmləri həkk edilib. 1683-cü ildə Bakıda olmuş alman alimi Engelbert Kempfer bu işarələri şəhərin gerbi adlandırıb. Kempfer belə hesab edirdi ki, şirlər - qala divarları, öküz başı isə dövləti gecə-gündüz (disklər) qoruyanlardır.

[https://1905.az/bakinin-gerbl%C9%99ri/]

Bakı şəhərinin ilk məlum gerbi isə çar Rusiyası tərəfindən 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Bu gerb dörd hissədən ibarət qalxan formasında lövhə idi. Birinci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxan alov dilimləri təsvir olunmuşdur. Mifologiyada şir atəşpərəstlərin rəmzi sayılır. Üç alov isə Yanardağın ərazisində vaxtı ilə alovlanmış, lakin hal-hazırda sönmüş üç təpəyə əsasən qəbul edilib. Gerbin göy rəng fonunda olan üçüncü sahəsində yüklü dəvə təsvir olunmuşdur. Bu, şəhər sakinlərinin məşğuliyyətini simvolizə edirdi. Gerbin göy rəng fonunda olan dördüncü sahəsində yerə sancılmış lövbər təsvir olunmuşdur ki, bu da Bakının liman şəhəri olmasından xəbər verirdi.

Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunmuşdur. Bu gerbin əsasını 1878-ci ildə Bakı quberniyası üçün yaradılmış gerb təşkil edirdi. Gerbdə üç qızılı rəngli alov təsvir olunmuşdur. Üç alov qırmızı rəngli Aleksandr lenti (Aleksandr Nevskinin adına olan ordenin lenti) ilə sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur. Gerbin yuxarı hissəsində, şəhər divarları şəklində stilizə edilmiş, çar tacı təsvir olunmuşdur. Bu gerb 1904-cü ildə inşa olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin binasının divarında həkk olunub və indi də mövcuddur.

[Фон Винклер П.П. Гербы городов, губерний, областей и посадов Российской империи, внесенные в полное собрание законов с 1649 по 1900 год. Москва-1991]

Sovet dövründə, 14 aprel 1967-ci ildə Bakı şəhərinin növbəti gerbi təsdiq edilmişdir və bu gerb 1878-ci ilin gerbinə oxşayırdı. 1975-ci ildə həmin gerbə bəzi dəyişikliklər əlavə olundu: üç atəş simvolu olduğu kimi saxlanmış, gerbin aşağı hissəsinə isə beş dəniz dalğası əlavə edilmişdi.

Bakının indiki gerbi 29 mart 2001-ci ildə təsdiq edilib. Hazırkı gerb göy rəngdə qalxan formasında olan lövhədən ibarətdir. Lövhə hər tərəfdən qızılı zolaqla əhatə olunub. Lövhənin aşağısında dalğalar və ortasında üç alov dili təsvir olunub.

[https://bakucity.preslib.az/az/page/t7wI6LCBpk]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Bu gün, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Bu gün, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Bu gün, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Xəbər
Bu gün, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Oxşar xəbərlər