top
Bakının “Məğlubedilməz yeri”: Qala qəsəbəsi
18 noyabr 2021, 05:40
- ↺ +

Bakının “Məğlubedilməz yeri”: Qala qəsəbəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qala qəsəbəsi (keçmişdə kənd) Bakıda, Abşeron yarımadasının şimal-şərqində, Xəzər rayonunun ərazisində yerləşir.

Qalanın tarixi yaşayış məskəni kimi çox qədimdir. Qalada aşkar olunmuş ən qədim yaşayış məskəni tunc dövrünə aiddir. Tədqiqatçı alim T.Q. Səlimov-Şağani yazır: “...buradakı maddi-mədəniyyət qalıqlarının birinci mərhələsi e.ə. III minillikdən eramızın IX yüzilliyinə, ikinci mərhələsi isə e. X-XIX yüzilliklərini əhatə edir”.

Tədqiqatçılar Qalanın ərazisində müxtəlif dövrlərə aid 350-dən çox maddi-mədəni nümunələr qeydə alıblar. Onların sırasına daxildir: altı məhəllə məscidi (Süleyman, Əliqulu Əlyar, Hacı baba, Çəmbərəkənd, Tərəkəmələr və s.), günbəzli hamamlar, ovdanlar, buğda anbarı, sərdabə, qədim kəhriz su sistemi və s. Qəsəbənin cənub hissəsində müxtəlif daş tikili qalıqları, saxsı qırıntılar və üzərində rəsmlər olan daşlar aşkar edilib.

Bu maddi mədəniyyət irsini qorumaq məqsədilə 1988-ci ildə Qalada Dövlət tarix-etnoqrafiya qoruğu yaradılıb.

Qəsəbədə XI-XII əsrlərə aid qala-qəsr yerləşir. Deyilənə görə, “Qala” adı məhz buradan əmələ gəlib. Yerli yaşlı sakinlər kəndin adını “mühafizə olunan yer”, yəni alınmaz, məğlubedilməz yer mənası verdiyini qeyd edirlər.

Digər bir fikirə görə, XVIII əsrdə İran hökmdarı Nadir şah Əfşarın göstərişi ilə bəzi kəndlərin əhalisi onun tərəfindən salınan Nadir qala adlı yaşayış yerinə köçürülmüşdür. Şahın ölümündən sonra, əhali “Nadir” sözünü ixtisar edərək kəndə sadəcə olaraq “qala” demişdir. Rus polkovniki İ.T.Drenyakin tərəfindən 1796-cı ildə tərtib edilmiş “Şirvanın Təsviri”ndə Abşeron kəndləri arasında Nadir Qala kəndi qeyd olunmuşdur.

Qədimdə Qala kəndində bir sıra sənət sahələri də inkişaf edib. Onlardan biri dulusçuluq olub. Dulusçuluqla bağlı Qalada arxeoloji qazıntılar zamanı saxsı məmulatlar aşkar edilib. Rus iqtisadçı Y.A.Qaqemeyster Qalada XIX əsrdə çox miqdarda pambıq istehsal edildiyini yazıb. Həmçinin qəsəbə Abşeron yarımadasındakı tat xalçaçılıq mərkəzlərindən biri olub.

1960-cı ildə Qala əhalisinin sayı 2,7 min nəfər idi. 2021-ci ilin məlumatına əsasən, Qala qəsəbəsinin əhalisi 5,4 min nəfər təşkil edir.

Mənbələr:


  1. Гагейместер Ю.А. Топографическо-хозяйственное описание Прикаспийского края в Закавказье. -1850.

  2. Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006.

  3. Народы Кавказа.Т. 2. Москва-1962.

  4. Баку за 40 лет в цифрах. Баку-1960.

  5. https://melumatlar.az/blog/2639/qala-kendi

  6. http://drevlit.ru/docs/kavkaz/XVIII/1780-1800/Drenjakin_I_T/text.php


[URIS id=14795]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Bu gün, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Bu gün, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Bu gün, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Xəbər
Bu gün, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Oxşar xəbərlər