top
Bu gün Müslüm Maqomayevin anım günüdür
25 oktyabr 2021, 06:07
- ↺ +

Bu gün Müslüm Maqomayevin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub.

Müslüm Bakı Konservatoriyasının musiqi məktəbində (indiki Bülbül adına Musiqi Məktəbi) fortepiano və bəstəkarlıq üzrə təhsil alıb. 1956-1959-cu illərdə o, Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsilini davam etdirib. Həmçinin Maqomayev 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

O, ilk uğurunu 19 yaşında Helsinkidə, VIII Ümumdünya Festivalında qazanıb və orada medalla təltif olunub. Həmin dövrün məşhur “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqaləni dərc edib.

1961-ci ildə Müslüm Maqomayev Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblının solisti olub. 1963-cü ildə o, Kreml sarayında “Buxenvald harayı”nı ifa etdikdən sonra Sovet İttifaqında məşhurlaşıb. Rus estrada müğənnisi Klavdiya Şulyenko Maqomayev haqqında belə deyib: “Maqomayev səhnədə görünən kimi böyük bir olay oldu. O, bütün gənclərdən öndə idi. O, hamının çox xoşuna gəlirdi”.

Müslüm 1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlamışdır. 1964-1965-ci illərdə Müslüm İtaliyada, Milan teatrı “La Skala”da təcrübə keçib. Onun ilk konserti 1966-cı ildə Parisdə baş tutub.  Maqomayev ilk mükafatını, 1969-cu ildə Sopotda (Polşa) keçirilən, Beynəlxalq Mahnı Festivalında alıb.

1975-ci ildə Müslüm Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub. O, bu orkestr ilə Sovet İttifaqının müxtəlif şəhərlərində, həmçinin Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib.

Müğənninin repertuarına 600-dək əsər daxildir. Bu ifaların arasında “Azərbaycan”, “Ana”, “Свадьба”, “Синяя вечность”, “Bella, ciao!”, “Королева красоты” və s. kimi mahnılar var. Müslüm Maqomayev, həmçinin müxtəlif filmlərdə oynayıb.

Maqomayev SSRİ “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib, SSRİ-nin “Xalq artisti” adına layiq görülüb. O, həmçinin Azərbaycan Respublikasının  “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə Moskvada, ürək tutmasından vəfat edib. O, Bakıda, I Fəxri Xiyabanda dəfn edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Bu gün, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Bu gün, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Bu gün, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Xəbər
Bu gün, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Oxşar xəbərlər