top
Ekspert: “Özəl pensiya fondları ahıllıq dövründə gəlirlərin artmasına səbəb ola bilər” - AÇIQLAMA
03 oktyabr 2024, 06:56
- ↺ +

Ekspert: “Özəl pensiya fondları ahıllıq dövründə gəlirlərin artmasına səbəb ola bilər” - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondunun yaradılacağı ilə bağlı məlumat əhali arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.

Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə kimi müsbət təsir edir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, özəl pensiya fondları inkişaf etmiş ölkələrin təcrübəsində, demək olar ki, sınanmış mexanizmlərdən biridir:

“Ahıllıq dövründə əhalinin rifah səviyyəsinin daha yüksək olmasını təmin edir. Təbii ki, burada müəyyən məqamlar var. Bir sıra təcrübələr onu göstərir ki, bu istiqamətdə çox ciddi nəzarətlə tənzimlənmə mexanizmləri olmalıdır. Xüsusilə 2008-ci ildə qlobal maliyyə böhranı zamanı inkişaf etmiş ölkələrin bir çoxunda özəl pensiya fondlarının defoltla üzləşməsi əhalini ciddi pul, vəsait itkisinə gətirib çıxardı.

Azərbaycan aspektindən baxmış olsaq, azərbaycanlıların yığım imkanları məhduddur. Özəl pensiya fondlarının fəaliyyətinin davamlılığı üçün dövriyyəyə nail olması çox vacib faktordur”.

R.Həsənov qeyd edib ki, Azərbaycanda vətəndaşlar, demək olar ki, əksər depozitlərini qısamüddətli dövrdə banklara yerləşdirirlər:

“Uzun müddətli maliyyə institutlarına etibar səviyyəsi aşağıdırsa, özəl pensiya fondlarına münasibətdə eyni davranışlar ortaya çıxa bilər. Burada etibar məsələsi çox vacib məqamlardan biridir. Əhalinin imkanlarını, alıcılıq və yığım etmə qabiliyyətini nəzərə almaq lazımdır.

Özəl pensiya fonduna yerləşdirilən vəsaiti təqaüdçülər yığırlar. Bu məbləğ 100 faiz dövlət tərəfindən sığortalanacaqsa, çox uzun müddətli planlanma tətbiq edilə bilər. Bu müddət üçün dövlət təminatının etibarlılığı çox vacibdir. Özəl pensiya fondları müəyyən mənada öz təsirini göstərir. Bazarda əlavə alətin formalaşması insanların ahıllıq dövründə gəlirlərinin artmasına səbəb ola bilər. Əslində buna bənzər bir model var”.

“Bəzi hallarda, inflyasiya səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, fondlar tərəfindən yığımlara təklif olunan məbləğin faizi dövlət strukturlarındakı əlavə faizlərdən fərqlənmir. Burada vəsaitlərin itməsi ehtimalı yox səviyyəsindədir. Sadəcə insanlar özəl fondlara könüllü yığımlar etmirlər. Bu özü də bir təcrübədir. Təminat verildikdən sonra, düşünürəm ki, həyata keçirilə bilər”, - deyə R.Həsənov fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
Dünən, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Dünən, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
Dünən, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Dünən, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Dünən, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Dünən, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Dünən, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Dünən, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Dünən, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Dünən, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Dünən, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Dünən, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Dünən, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Dünən, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Dünən, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Dünən, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Dünən, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Dünən, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Dünən, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Oxşar xəbərlər