top
Həftəlik bürclər 10 İYUL - 16 İYUL
09 iyul 2023, 10:00
- +

Həftəlik bürclər 10 İYUL - 16 İYUL

QOÇ bürcü


Qoçlar, gizlənmək vaxtı deyil! İndi kölgədən çıxmaq vaxtıdır. Sizi hərəkətə gətirəcək bir qığılcım sayəsində dünyanı fəth etməyə hazır olun. Həftəiçi maddi baxımdan sərfəli təklif gözləyin: ağlasığmaz və inanılmaz olsa belə, razılaşın. Ümumiyyətlə, bu ayın ortasından başlayaraq həyatınız müsbət tərəfə dəyişəcək. Lakin sevgi cəbhəsində gərginlik olacaq: anlaşılmazlıqlarla dolu günlər gözlənilir. Uğurlu günləriniz 13, 15 iyul, uğursuz gününüz isə 11 iyuldur.

BUĞA bürcü


Bu həfdə Kupidon sərxoş olub səhvən oxunu sizin ürəyinizə atacaq: necə deyərlər, eşq təsədüfləri sevər. Sizin “çətin” günləriniz başlanacaq: sarışın, göy-göz biri Məcnun kimi dalınızca düşəcək. Hədiyyələr, komplimentlər, evinizin qarşısında serenadalar və daha nələr baş verəcək. Ona “yox” desəniz, sevgi qatarınızı birdəfəlik əldən buraxa bilərsiniz. Həftənin sonunda uzaq qohumlardan şad xəbər gözləyin. Uğurlu günləriniz 12, 16 iyul, uğursuz gününüz isə 13 iyuldur.

ƏKİZLƏR bürcü


Bu həftə xoş xəbərlərlə zəngin olacaq: uğurlu sövdələşmə, eləcə də qəribdən gözlənilməz kömək ola bilər. Əhəmiyyətli bir tanışlığın baş tutacağı kiçik bir şənlik gözlənilir. Küsülü olduğunuz insanla barışmaq vaxtıdır: kin saxlamayın, ona daha bir şans verin. Həftəsonu üzünüzə illərdir gülən, arxanızca işlər çevirənin maskasını çıxaracaqsınız. Uğurlu günləriniz 10, 11 iyul, uğursuz gününüz isə 15 iyuldur.

XƏRÇƏNG bürcü


İşinizdə uğur qazanacaqsınız: müdiriyyətlə ciddi söhbət olacaq. İdeyalarınız gözlənilmədən qəbul olunacaq, lakin sənədlər və hesabatlarla diqqətli olun: bir səhv ucbatından karyeranızın üstündən xətt çəkilə bilər. Bu dövrdə xəyalınız gerçəkləşəcək, baş verənlər sizi möcüzələrə inandıracaq. Həftəsonu şopinq etməkdən çəkinməyin: xərclədiyiniz pullar mütləq sizə ikiqat qayıdacaq. Uğurlu günləriniz 14, 15 iyul, uğursuz gününüz isə 10 iyuldur.

ŞİR bürcü


Bu həftə qohumunuzun gəlişi və ya onlara səfəriniz baş tuta bilər. Şəxsi həyatda ciddi söhbət və xoş dəyişikliklər olacaq. Subay Şirlər, bəxtiniz açılıb, tezliklə münasibət quracaqsınız: subaylığa son deməyin vaxtıdır. Həftəsonu həyatınızda dəyişikliklər olacaq: qazandığınız bilik və təcrübə sizi çox dəyişəcək, bu dəyişikliklərdən qorxmayın. Dostlarınızdan biri ilə mübahisə edəcəksiniz və ünsiyyəti dayandıracaqsınız, amma narahat olmayın, tezliklə barışıq olacaq. Uğurlu günləriniz 11, 12 iyul, uğursuz gününüz isə 13 iyuldur.

QIZ bürcü


Həftənin əvvəlində şəxsi həyatınızda xırda şeylər üstündə mübahisələr olacaq, ancaq anlaşılmazlığı aradan götürüb barışmağa çalışmalısınız. İnsanlarla münasibətdə diqqətli olun: güvənin, amma ətrafınızı yoxlayın, çünki sizin ayağınızın altını qazanlar var. Həftəsonu rahatlayın, işi unudun, problemlər haqqında düşünməyin: indi sizə lazım olan tək şey istirahətdir. Uğurlu günləriniz 15, 16 iyul, uğursuz gününüz isə 10 iyuldur.

TƏRƏZİ bürcü


Siz hər şeyi bir anda istəyirsiniz, ancaq başladığınız işi uğurla başa çatdırmaq üçün diqqətinizi bir şeyə yönəltməyə çalışmaq lazımdır: çox istəyən azdan da olar. Bu həftə təsədüfi sevgiyə inanacaqsınız: sosial şəbəkədə tanımadığınız Dolça, Buğa və ya Balıq bürcünün nümayəndəsindən mesaj alacaqsınız. Məsləhət görülür ki, həmin mesajı cavablayaraq ona bir şans verəsiniz: talenin sizə göndərdiyi sevgi hədiyyəsindən imtina etməyin. Uğurlu günləriniz 10, 11 iyul, uğursuz gününüz isə 14 iyuldur.

ƏQRƏB bürcü


Bu həftə insanlar arxanızca danışsalar, təəccüblənməyin: uğurlarınızı həzm edə bilməyənlər paxıllıq içində yanıb, külə dönəcəklər. Amma, necə deyərlər, it hürər, karvan keçər: bəxt sizi taqib edəcək, sizi dar gündə qoymayacaq. Bahalı alış-veriş, tanış olmayan yerlərdə gəzintilər zövq gətirməyəcək, əksinə, gözlənilməz problemlər yarada bilər. Subay Əqrəb, eşq uzaqlarda deyil, yaxındadır: sizdən ötrü “ölən” dostunuzu niyə görmürsünüz? O insan hisslərini sizə bildirməyə risk etmir, rədd cavabı eşidib məyus olmaqdan, sizi itirməkdən qorxur. Uğurlu günləriniz 12, 16 iyul, uğursuz gününüz isə 11 iyuldur.

OXATAN bürcü


Həftənin əvvəlində dedi-qoduya, intriqalara, hətta “saçyoldu”lara belə hazır olun: darıxdırıcı günlərə geridə qalacaq. Səbəb isə sizin əldə edəcəyiniz uğur olacaq: çoxunun gözü götürməyəcək və içində illərdir saxladıqları zəhəri sizin üstünüzə tökəcəklər. Heç kimə fikir verməyin və uğur qazanmağa davam edin: qoy sizi istəməyənlərin ürəkləri partlasın. Maddi durumunuzda xeyli artım gözlənilir: lakin bədxərclik sizin pulqabınıza zərbə vura bilər. Uğurlu günləriniz 14, 15 iyul, uğursuz gününüz isə 16 iyuldur.

OĞLAQ bürcü


Oğlaq, sizə deyən olub ki, çox cazibədarsınız? Axı siz əks cinsi dəli edirsiniz, sevgiyə həsrət qoyursunuz, qarşılıq vermirsiniz: soyuq olmayın, hisslərinizi gizlətməyin! Ulduzlar yay boyunca hədəfinizə doğru irəliləyəcəyinizi deyir: bu həftə son təkan vermək və istədiyinizi əldə etmək vaxtıdır. Cəsarətli olun! Həftəsonunu sakit atmosferdə, yaxın adamların əhatəsində keçirmək sizə enerji verəcək. Uğurlu günləriniz 10, 15 iyul, uğursuz gününüz isə 14 iyuldur.

DOLÇA bürcü


Əgər ruh yoldaşınızla bağlı şübhələriniz varsa, bu mövzu haqqında danışmağın vaxtı gəlib. Ahəngdar bir əlaqə qurmaq üçün bütün məsələləri birlikdə müzakirə etməli, problem icad etməməlisiniz. Artıq olan hər şeydən – əşyalardan, insanlardan və düşüncələrdən qurtulmağın vaxtıdır. Tezliklə həyatınızda əhəmiyyətli dəyişikliklər olacaq. Həftəsonu yollarda diqqətli olun: qəza və ya avtomobilin xarab olma ehtimalı var. Uğurlu günləriniz 13, 16 iyul, uğursuz gününüz isə 15 iyuldur.

BALIQLAR bürcü


Həftənin əvvəlində həyatınızı yaxşılığa doğru dəyişə biləcək gözlənilməz xəbərlər alacaqsınız. Həftə ərzində sizi narahat edən bütün məsələlər müsbət şəkildə həllini tapacaq. Maaşınızı qaldırmağı tələb etmək vaxtıdır: müdiriyyətlə bu barədə danışın və mütləq sizi razı salacaq cavab alacaqsınız. Xarici dillərin öyrənilməsinə diqqət yetirin: başqa ölkəyə səfər etmək şansı qazanacaqsınız. Uğurlu günləriniz 11, 12 iyul, uğursuz gününüz isə 13 iyuldur.

Son xəbərlər

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Oxşar xəbərlər