QOÇ bürcü
Həftəni ən vacib işlərlə başlayın: onlarla məşğul olmaq gözlədiyinizdən daha asan olacaq. Ola bilər ki, yeni tanışlar sizə kömək edəcəklər və bu, uzunmüddətli əməkdaşlığın və ya həqiqi dostluğun bünovrəsini qoyacaq. Tezliklə bu bürcün nümayəndələri möcüzələrin mövcud olduğuna inanacaqlar: hər şey o qədər tez baş verəcək ki, Qoçlar nə qədər şanslı olduqlarını dərhal dərk etməyə bilərlər. Lakin sevgi cəbhəsində problemlər yaşana bilər: cütlüklərin ayrılmaq riski var, odur ki münasibətlərdə olduqca ehtiyatlı olmalısınız. Uğurlu günləriniz 18, 20 yanvar, uğursuz gününüz isə 19 yanvardır.
BUĞA bürcü
Buğanın qarşısına böyük sərvət çıxacaq: yeni həftə bu bürcə sevinc bəxş edəcək. Sizə yeni iş təklif edilərsə, imtina etməyin, mütləq nəzərdən keçirin. Bəlkə də həyatınızı dəyişə və çoxlu pul qazanmağa başlaya bilərsiniz. Həftənin ikinci hissəsi itkilərlə yadda qala bilər: bu, pul və ya vacib bir əşya ola bilər. Həftənin sonu daha əlverişli olacaq: başqaları ilə daha asan ünsiyyət quracaqsınız, qohumlarınız sizi mükəmməl başa düşəcəklər. Bu zaman dostluq və ya romantik görüşlər üçün də münasibdir. Uğurlu günləriniz 15, 16 yanvar, uğursuz gününüz isə 18 yanvardır.
ƏKİZLƏR bürcü
Bu həftə cəsarətli davranışlarla yadda qalacaqsınız: işdə və ya oxuduğunuz yerdə sizi “əzməyə” çalışacaqlar, lakin onları yerinə otuzduracaqsınız və başqalarının gözündə qalxacaqsınız. Çoxdandır münasibətdə olan şəxslər sevinə bilərlər: ailə qurmaq təklifinə hazırlaşın. Özünə ikinci yar axtaranlar diqqətli olmalıdırlar: qarşınıza sizdən istifadə etmək istəyən biri çıxa bilər və başınızı “yeyib” sizi müflis edə bilər. Bu həftə özünüzü Şir, Balıqlar və Oxatan bürclərinin nümayəndələrindən qoruyun: bu ərəfədə onlardan sizə xeyir gəlməz. Uğurlu günləriniz 16, 20 yanvar, uğursuz gününüz isə 21 yanvardır.
XƏRÇƏNG bürcü
Həftənin əvvəlində Xərçənglər çox yaxşı xəbərlər alacaqlar və xoşbəxtlikdən göyün yeddinci qatına uçacaqlar. Bu dövrdə qlobal dəyişikliklərə qərar verməlisiniz. Həftəiçi bu bürcün nümayəndələrinin əlinə varlanmaq fürsəti düşəcək: təsadüfi tanışlıq həyatınızı dəyişə bilər. Bir yerdə dura bilməyən dostunuz varsa, deməli “macəralara” hazır olmalısınız: başınız bir az ağrıyacaq, amma həftə bol-bol hadisələrlə yadda qalacaq. Uğurlu günləriniz 15, 18 yanvar, uğursuz gününüz isə 20 yanvardır.
ŞİR bürcü
Bu həftə Şir çoxlu xoş xəbər eşidəcək: çoxdandır arzu etdiyiniz işə sahib olacaqsınız. Önümüzdəki günlərdə bu bürcün nümayəndələri anlayacaqlar ki, onların irəliyə doğru getmək vaxtlarıdır: özlərinə yeni hədəflər qoyub bütün şübhələri kənara atacaqlar. Ciddi qərarlar qəbul etmək sizin üçün çətindirsə, sevgilinizdən məsləhət alın, o, mütləq sizə kömək edəcək. Cümə axşamından sonra istirahət üçün bir az vaxt ayırmalısınız: sağlamlığınız hər şeydən üstün olmalıdır. Uğurlu günləriniz 20, 21 yanvar, uğursuz gününüz isə 18 yanvardır.
QIZ bürcü
Bu həftə müxtəlif insanlarla çox ünsiyyət qurmalı və hər kəsə yanaşma tapmağa çalışmalı olacaqsınız. Yeni tanışlarda xoş təəssürat yaradacaq və köhnə tanışlarla bəzi vacib məsələlərdə razılaşacaqsınız, lakin bunun üçün müəyyən səy tələb olunacaq. Bəzən Qız bir şey əldə etmək üçün yetərli qədər səy göstərmir, tənbəllik edir: tale sizə çox incə bir təkan verəcək. Uğurlu günləriniz 16, 17 yanvar, uğursuz gününüz isə 19 yanvardır.
TƏRƏZİ bürcü
Tərəzi bu həftə yeni mövqe əldə edə bilər: arzu etdiyiniz karyera yüksəlişini gözləyin. Yeni həftə sizə gözlənilməz qazanclar gətirəcək. Bundan əlavə, bu bürcün nümayəndələri dostlarından səxavətli hədiyyə alacaqlar. Həftəiçi çox xoşbəxt olacaqsınız, həyat sizə şirin və nağıl kimi görünəcək. Həftəsonu maraqlı tədbirlərə dəvət olunmanız mümkündür: ola bilər ki, gələcək yarınızla burada qarşılaşasınız. Uğurlu günləriniz 18, 21 yanvar, uğursuz gününüz isə 15 yanvardır.
ƏQRƏB bürcü
Bu həftə Əqrəblərə məqsədlərinə çatmağa və bəzi arzularını yerinə yetirməyə kömək edəcək mühüm müsbət dəyişikliklər vəd edir. Həftəyə enerjili başlayacaqsınız, maliyyə problemlərini asanlıqla geridə qoyacaqsınız. Evlə bağlı məsələlər də bu ərəfələrdə gündəmdə olacaq. Bu həftə iş həyatınız, təhsil və ya uzaq səfərlərlə bağlı məsuliyyəti üzərinizdə olan işlər ətrafında dərindən düşünmək lazım gələcək. Uğurlu günləriniz 17, 18 yanvar, uğursuz gününüz isə 16 yanvardır.
OXATAN bürcü
Həftənin başlanğıcı Oxatanlar üçün şəxsi həyatlarında mühüm dövr olacaq: yeni tanışlıq yarana və ya ailə qurmağa doğru addım atıla bilər. Flirt və sevgi macəralarına baş-başa qərq olmaq mümkün olacaq. İşdə sizi tez bir zamanda uğura aparacaq kiçik dəyişikliklər gözləyin. Gəliriniz arta bilər: maraqlı ala bilərsiniz. İşdə tapşırıqlara ciddi yanaşsanız, karyeranızda irəliləyiş və əməkhaqqınızı artırmaq imkanı yaranacaq. Uğurlu günləriniz 18, 19 yanvar, uğursuz gününüz isə 20 yanvardır.
OĞLAQ bürcü
Bu həftə sürprizlərlə dolu olacaq: artıq bitmiş hesab etdiyiniz münasibət əslində bitməyib. Sevgi yenidən alovlana bilər. Hələ ikinci yarını tapmayan Oğlaqların bəxti açılacaq: Dolça, Şir və ya Buğa sizin gələcək həyat yoldaşınız ola bilər. Həftənin ortasında, xüsusilə iş həyatınızda ciddi dəyişikliklər ola bilər: bu vaxtlarda başqalarından ala biləcəyiniz tövsiyələri yaxşı ölçüb-biçməlisiniz. Həftəsonu, demək olar ki, bütün sahələrdə uğurlu addımlar ata, yaxşı nəticələr əldə edə bilərsiniz. Uğurlu günləriniz 15, 16 yanvar, uğursuz gününüz isə 18 yanvardır.
DOLÇA bürcü
Bu həftə bacarıqlarınızdan daha çox istifadə etməli və maddi vəziyyətinizə fikir verməlisiniz. Həftənin ilk günlərində sevgidə diqqətçəkən məqamlar gündəmə gələ bilər. Bu həftə münasibətlərinizlə bağlı daha çox fikirləşməli ola bilərsiniz: seçim arasında qalacaqsınız. Həftəsonu cibiniz pulla dola bilər: böyük alış-veriş etməkdən çəkinməyin, çünki pul axını gələn həftə də davam edəcək. Uğurlu günləriniz 17, 19 yanvar, uğursuz gününüz isə 15 yanvardır.
BALIQLAR bürcü
Ulduzlar ofis sektorunda çalışan Balıqlara uğur vəd edir. Bürcün tənha nümayəndələri maraqlı bir insanla tanış ola və hətta onunla birlikdə ciddi addım ata bilərlər. Sevgilinizlə münasibətlərdə diqqətli olun: düşünülmədən deyilən söz münaqişəyə səbəb ola bilər. Bu ərəfədə sağlamlığınıza diqqət yetirməyiniz tövsiyə edilir. Həftəsonuna doğru isə zəkanız və məhsuldarlığınız sizi daha çox ciddi işlərə yönəldə bilər. Uğurlu günləriniz 20, 21 yanvar, uğursuz gününüz isə 16 yanvardır.