top
Həftəlik bürclər 18 DEKABR - 24 DEKABR
17 dekabr 2023, 10:00
- +

Həftəlik bürclər 18 DEKABR - 24 DEKABR

QOÇ bürcü


Bu ərəfələrdə maddi çətinlikləriniz yarana bilər. Buna baxmayaraq, keçən həftə ilə müqayisədə bu həftə Qoç üçün daha asan və müsbət keçəcək. Üstəlik artıq almağa ümid etmədiyiniz borcun qaytarılması xoş sürpriz olacaq. Əvvəllər tutduğunuz müəyyən bir statusu bərpa etməyə cəhd edə bilərsiniz, həmçinin rəhbərliklə vəzifə artımı barədə danışa bilərsiniz.
Qoçların çoxu özləri və düşüncələri ilə tək qalmaq, yaradıcılıqlarına dalmaq istəyəcək: ilin yekunlarına nəzər yetirmək və düzgün nəticələr çıxarmaq üçün əlverişli zaman olacaq. Uğurlu günləriniz 21, 24 dekabr, uğursuz gününüz isə 22 dekabrdır.

BUĞA bürcü


Buğa bu həftə şəxsi münasibətləri ön plana çıxarır: iki dost arasında sevgi hissləri yarana bilər. Münasibətdə olanların arasına isə bir nəfərin girməsi gözlənilir: bu bir sədaqət sınağı olacaq. Həftənin ortasında, demək olar ki, pul xərcləməyəcəksiniz: dostlar əlinizi cibinizə salmağa imkan verməyəcəklər. Bundan əlavə, müdiriyyət tərəfindən bonus mükafatlar alacaqsanız. Özünüzü yeni peşə sahəsində sınayın: dəyişikliklərdən, risklərdən qorxmayın. Uğurlu günləriniz 19, 20 dekabr, uğursuz gününüz isə 18 dekabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə rəqibləriniz, sizi gözə götürməyənlər zərbə vurmağa çalışacaqlar: güclü olun, tələlərə düşməyin. Həftə görüşlər və səfərlərlə zəngin olacaq. Bu ərəfələrdə subayların torbası da tikiləcək. Aşiq olmaqdan qorxmayın: ulduzlar sizin qarşınıza layiq olan birini çıxaracaq. Arzularınızın çin olmasının vaxtı gəlib: hərəkət edin ki, sonda bərəkətini görəsiniz. Keçmiş sinif yoldaşınızdan sizi şoka salacaq xəbər gözləyin: həyatınız dəyişəcək. Uğurlu günləriniz 21, 23 dekabr, uğursuz gününüz isə 20 dekabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçəng emosiyalara qapıla bilər: subaylar yeni münasibət qurmaq, münasibətdə olanlar isə nəyinsə çatışmadığı hissinə bürünəcəklər. Ortada bir problem varsa, mütləq sevgilinizlə danışın: bombanın partlamasına imkan verməyin. Əlini hər şeydən üzənlər, ümüd işığı hələ sönməyib: başınıza gələnlər bir sınaqdır. Gözəl günlər qabaqdadır: 2024-cü il sizin üçün düşərli olacaq. Yaradıcı ideyaların sizdən yan keçməsinə imkan verməyin: onları yazın və mütləq həyata keçirməyə çalışın. Uğurlu günləriniz 18, 21 dekabr, uğursuz gününüz isə 24 dekabrdır.

ŞİR bürcü


Bu həftə sınaqlarla dolu olacaq: sevgidə, dostluqda sınağa çəkiləcəksiniz. Güclü olsanız, maneələri keçsəniz, yeni il sizin üçün “yağ kimi gedəcək”. Başqa ölkədə yaşamaq arzusunda olanlar sevinə bilərlər: həftənin ortasında maraqlı proyektə qoşulacaqsınız və sonunda xaricdə olacaqsınız. Bir az anlayışlı olun, eqoist olmayın: ikinci yarınıza həddindən artıq qadağalar qoysanız, axırda tək qalacaqsınız. Uğurlu günləriniz 19, 23 dekabr, uğursuz gününüz isə 18 dekabrdır.

QIZ bürcü


Övlad arzusunda olanlar, bu ərəfələr sizin üçün düşərlidir. Keçmiş sevgiliniz həyatınıza qayıda bilər və ya əvvəllər sizə tərəf baxmayan birindən şans alacaqsınız: həftənin sonunda aşiq ola bilərsiniz. Bu günlərdə qənaət etmək lazım olacaq: sizdən istifadə edən, pulunuzu yeyən çox olacaq. Keçmişdə baş verənləri qaytarmağa çalışmayın, təzə səhifə açın: yeniliklərdən qorxmayın. Uğurlu günləriniz 22, 23 dekabr, uğursuz gününüz isə 19 dekabrdır.

TƏRƏZİ bürcü


Həyatınızda parazitlər çoxdur: zəli kimi yapışıb, yalnız sizdən sui-istifadə edirlər, maneələr törədirlər. Seçim zamanıdır: dırnaq arası dostları həyatınızdan çıxarsanız, rahat nəfəs ala biləcəksiniz. Cazibədarlıq subay Tərəzilərə yar tapmağa imkan verəcək: pərəstişkarlardan can qurtarmaq üçün mühafizə olunun. Pul qazanmaq imkanınız olacaq: təkliflərə hazır olun. Yeni il qabağı sizə böyük bir sürpriz gələcək: göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Uğurlu günləriniz 19, 22 dekabr, uğursuz gününüz isə 20 dekabrdır.

ƏQRƏB bürcü


Bu həftə punktuallığınızdan çox şey asılı olacaq: gecikmələr işi itirməklə nəticələnə bilər, vaxtında yerində olmaq isə sizə pul və statusunuzun yüksəlməsini gətirəcək. Həmçinin tövsiyələr və məsləhətlərə qulaq asmaq sizin üçün yaxşı olacaq: “mənəm, mənəm” deməyin, yoxsa səhv yola düşə bilərsiniz. Acı diliniz başınıza bəla olacaq: özünüzü sıxmağa çalışın, yoxsa insanlar sizdən uzaqlaşacaqlar. Həftənin sonunda pulqabınız dolacaq: hamı gözlərini sizə tikəcək. Uğurlu günləriniz 23, 24 dekabr, uğursuz gününüz isə 21 dekabrdır.

OXATAN bürcü


Bu həftə Oxatana çoxlu ünsiyyət vəd edir: qohumlar və qonşularla müxtəlif söhbətlər, müzakirələr baş tutacaq. Fırıldaqçılar sizi təqib edəcəklər, odur ki, diqqətli olun: nəyisə almaqdan və ya imzalamaqdan əvvəl 100 ölçüb, 1 biçin. Həftənin sonunda rahat nəfəs almaq üçün çoxdan gözlənilən fürsətə sahib olacaqsınız. Son vaxtlar çox işləyirsiniz: mütləq istirahət edin. Meşəlik yerdə istirahət sizə bol enerji bəxş edəcək. Uğurlu günləriniz 20, 21 dekabr, uğursuz gününüz isə 18 dekabrdır.

OĞLAQ bürcü


Bu həftə Oğlaqlar üçün təlaş vəd edir: nə əksəniz, onu biçəcəksiniz. Çoxdandır əlaqənizin kəsildiyi bir insanla yenidən qovuşacaqsınız: xoş xəbər eşidəcəksiniz. İş yerində həmkarlarla, hətta müdirinizlə fikir ayrılıqları ola bilər: özünüzü idarə etməyə çalışın. Həftəsonu evdə oturub dünyadan gizlənməyin: şənbə və bazar maraqlı perspektivlər və böyük sevinc gətirəcək. Dostlarınıza vaxt ayırın: onlar sizin üçün darıxıblar. Uğurlu günləriniz 23, 24 dekabr, uğursuz gününüz isə 19 dekabrdır.

DOLÇA bürcü


Əgər sizə başqa fəaliyyət sahəsi təklif olunursa, razılaşmaq daha yaxşı olacaq: dəyişikliklər sizi karyera yüksəlişinə aparacaq. Həftəiçi lazımsız xərclərdən çəkinin: indi pulları kortəbii xərcləsəniz, gələn həftə maddi durumunuz çox da yaxşı olmayacaq. Həmkarlarla qarşılıqlı əlaqəni etibarlı adlandırmaq olmaz: onların hərəkətləri sizi çaşdıra bilər. Vəziyyətə və insanlara uyğunlaşmağı öyrənin: bu, sizi uğura və əlavə gəlirə aparacaq. Uğurlu günləriniz 18, 19 dekabr, uğursuz gününüz isə 23 dekabrdır.

BALIQLAR bürcü


Bu həftə yeni düşüncələr içərisində olacaqsınız. Bu vaxtlar sevdiyiniz sahələrə daha həvəslə yanaşa bilərsiniz, ancaq sevgidə və övladlarınızla bağlı məsələlərdə səbirli olmağa çalışın. Həftənin ilk günlərində ev daxilindəki işlər və tərəf müqabilinizə aid məsələlərdə bəzi həssas məqamlar yarana bilər. Bu günlərdə şəxsi həyatınızla bağlı sizi və yaxınlarınızı maraqlandıran məşğuliyyətlər gündəmdə ola bilər. Həftəsonu daha uğurlu addımlar ata biləcəksiniz. Uğurlu günləriniz 22, 24 dekabr, uğursuz gününüz isə 20 dekabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
Dünən, 11:29

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı AÇIQLAMA

Xəbər
Dünən, 11:08

Avtomobili vaxtında yumadığı üçün ŞİLLƏLƏNDİ

Xəbər
Dünən, 10:47

"Bu sualla Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər" - Ülkər Yaşarqızı

Xəbər
Dünən, 10:34

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbər
Dünən, 10:29

Yasamalda qanunsuz çörək bişirirlərmiş

Oxşar xəbərlər