top
Həftəlik bürclər 2 OKTYABR - 8 OKTYABR
01 oktyabr 2023, 10:00
- +

Həftəlik bürclər 2 OKTYABR - 8 OKTYABR

QOÇ bürcü


Xoşbəxtliyin dadını çıxarmağın vaxtıdır. Ulduzlar sizə sürpriz hazırlayıb: həftəiçi çoxdan tutduğunuz arzunuz çin olacaq. Münasibətdə olan Qoçlar evlənmək haqqında fikrə gələ və ya partnyoru tərəfindən nişan, evlilik təklifi ala bilərlər. Sizin həyatınızda vampir bir insan var: o, enerjinizlə qidalanır və həyatınızda mənfi rol oynayır. Həmin şəxsi vaxtında tapın və birdəfəlik silin. İşdə maksimum əzmkarlıq və qətiyyət göstərməyə çalışın ki, həmkarların və rəhbərliyin etimadını doğrulda biləsiniz: maaş artımını istəməyin vaxtı gəlib. Uğurlu günləriniz 4, 7 oktyabr, uğursuz gününüz isə 3 oktyabrdır.

BUĞA bürcü


Bu həftə uzun müddətdir arzuladığınız evi və ya əmlakı satın ala biləcəksiniz. Son zamanlar çox işləyirsiniz: tezliklə bunun bəhrəsini görəcəksiniz. Bir az yaradıcılıq və əzm nümayiş etdirin: sevgilinizlə romantik münasibətlər alışıb yanacaq. Pul qazanmaq üçün əsl vaxtdır: axı sizin fantaziyanız çox zəngindir, ağlınızı işə qoşun və biznes açın. Sağlamlığınız haqqında unutmayın. Həftənin ikinci yarısında mütləq hər hansı fiziki fəaliyyətlə məşğul olun. Uğurlu günləriniz 2, 5 oktyabr, uğursuz gününüz isə 8 oktyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə işdə maksimum dərəcədə diqqətli və təşəbbüskar olmalısınız. Yaradıcı ideyalarınız mütləq rəhbərləriniz tərəfindən nəzərə alınacaq və bu, karyera yüksəlişinizə kömək edəcək. Bəzi insanlar nailiyyətlərinizi həzm edə bilməyəcəklər və sizin kefinizi pozmağa çalışacaqlar, qeybət edəcəklər, sizə böhtan atacaqlar. Pulunuzu balışın altında gizlətməyin, özünüzə xərcləyin və narahat olmayın, çünki ayın sonunda xərclədiyiniz məbləğ sizə ikiqat qayıdacaq. Həftəsonu sevgiyə aid məsələ ilə bağlı iki seçim arasında qalacaqsınız. Uğurlu günləriniz 6, 7 oktyabr, uğursuz gününüz isə 2 oktyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə sizi uğurlu günlər gözləyir. Maraqlı insanlarla ünsiyyət, yeni tanışlıqlar və yaxınlarınızdan xoş xəbərlər alacaqsınız. İşdə çox diqqətli olmalısınız. Rəhbərlik tərəfindən veriləcək çətin tapşırıqların öhdəsindən gəlmək üçün tamamilə işə köklənmək lazım olacaq. Keçmiş sevgiliniz sizi narahat edəcək, rahatlığınızı pozmağa çalışacaq, ürəyinizə yenidən yollar tapmaq istəyəcək. Hətta sizi yeni münasibətə başladığınız insana qısqanacaq, hər üsulla onu sizdən uzaqlaşdırmağa çalışacaq. Odur ki, soyuqqanlılığı itirməyin. Uğurlu günləriniz 3, 8 oktyabr, uğursuz gününüz isə 4 oktyabrdır.

ŞİR bürcü


Bu həftə sizin üçün bütün sahələrdə hadisələrlə dolu olacaq. İşdə sizi yeni başlanğıclar və ya layihələr gözləyir. Lakin onların uğurlu olması üçün kifayət qədər vaxt ayırmalısınız. Kommersiya baxımından çox əlverişli həftədir: satış və ya alış etməkdən çəkinməyin. Sevgilinizə daha çox vaxt ayırın: onu sevmədiyinizi düşünsə, bu, qalmaqala səbəb ola bilər. Şam işığında şam yeməyi və ya birlikdə uzun bir gəzinti ilə münasibətlərinizə romantika qatın. Həftəsonu cibinizə çoxlu pullar daxil olacaq. Uğurlu günləriniz 5, 7 oktyabr, uğursuz gününüz isə 2 oktyabrdır.

QIZ bürcü


Bu həftə gözlənilməz xəbərlər eşidəcəksiniz: bu, sizin işinizlə və ya şəxsi münasibətlərinizlə bağlı ola bilər. Həftəiçi illərdir sizi axtarmayan qohumlar yağışdan sonra göbələk kimi peyda olacaqlar. Evinizin qapısını bərk bağlayın, çünki onlar gedəndən sonra sizin haqqınızda söz-söhbətlər yayacaqlar. Bu həftə ticarət etmək üçün çox əlverişlidir. Xüsusilə həftəsonu çoxdan planlaşdırdığınız böyük alış-verişlər edə bilərsiniz. Uğurlu günləriniz 2, 7 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

TƏRƏZİ bürcü


Bu həftə yaxın gələcəyə təsir edəcək qərarlar qəbul etməli olacaqsınız. Sağlamlığınıza fikir verin, istirahət üçün daha çox vaxt ayırın. Sevgisiz qala bilməyən Tərəzinin həyatına bir nəfər daxil olacaq. Onun əlindən bərk tutun və heç yerə buraxmayın. Həftəsonu uğurlu iş birliyi quracaqsınız. Bu həftə sözlərinizə və vədlərinizə son dərəcə diqqət yetirin. Bir şeyin öhdəsindən gələ bilməyəcəyiniz təqdirdə isə kömək istəməkdən çəkinməyin. Uğurlu günləriniz 2, 3 oktyabr, uğursuz gününüz isə 6 oktyabrdır.

ƏQRƏB bürcü


Bu həftə pulunuza qənaət edin, xərcləri əvvəldən planlaşdırın. Təsadüfi tanışlıq sizin həyatınızı 180 dərəcə dəyişə bilər. Siz evdən çıxmağa peşman olacaqsınız: komplimentlər, hədiyyələr, sizə görə göydən ulduzları qoparmağa hazır olan pərəstişkarlarla qarşılaşmağa hazır olun. Lakin 100 ölçüb, bir biçməlisiniz və yalnız bundan sonra sizə layiq olanı aşkar etsəniz, ona “hə” deyin və münasibətə başlayın. Uğurlu günləriniz 5, 6 oktyabr, uğursuz gününüz isə 7 oktyabrdır.

OXATAN bürcü


Uzunməsafəli səfərləri ləğv etmək məsləhətdir, çünki indi səyahət üçün uyğun vaxt deyil. Risklə qarşılaşa biləcəyiniz işlərinizi də gələn həftəyə saxlayın. Münasibət qurmaq istəməyən Oxatan, bəlkə tərpənmək vaxtıdır? Çəkinməyin, sevmək və sevilməyin əsl zamanıdır. Sevgililəri olan Oxatanlar, yarınızı qısqandırmaqdan əl çəkin, yoxsa münasibətlər soyuqluğa doğru gedəcək. Maddi durumunuzun yaxşılaşacağı gözlənilir, lakin bu, sizin düzgün qərar verməyinizdən asılı olacaq: ya cekpot qoparacaqsınız, ya da maliyyə böhranı ilə üz-üzə qalacaqsınız. Uğurlu günləriniz 2, 8 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

OĞLAQ bürcü


Bu həftə vacib işləri həll etmək üçün qaçaqaçda olacaqsınız, lakin sonda bəhrəsini görəcəksiniz. Romantik olmağa çalışın, hisslərinizi göstərin, soyuq olub insanları özünüzdən uzaqlaşdırmayın. Bir dostunuz var, o, sizi sevir, amma siz ona fikir vermirsiniz. Şəxsi həyatınızda çox da xoş olmayan bir dövr olacaq: yaxınlarınız sizi məyus edə bilər və ya sevgilinizlə münaqişə yaşaya bilərsiniz. Həftəsonu uğurlu iş birliyi qurmaq imkanı yaranacaq. Uğurlu günləriniz 5, 6 oktyabr, uğursuz gününüz isə 4 oktyabrdır.

DOLÇA bürcü


Bu həftə Dolçanı xoşbəxt günlər gözləyir, əsas da sevgi cəbhəsində. Bu bürcün subay nümayəndələri “subaylıq sultanlıqdır” şüarı ilə vidalaşacaqlar. Bu günlərdə toyu və ya nişanı olan şəxslərin bəxti gözəl olacaq; ulduzlar sizin üçün xoşbəxt günlər vəd edir. İşinizdə yeni ideyalar verməkdən çəkinməyin: onlar mütləq bəyəniləcək və karyeranızda yüksəlməyə təkan olacaq. Pulunuz artmayacaq, amma itki də olmayacaq: siz pulu haraya xərcləmək və yatırmaq lazım olduğunu yaxşı bilirsiniz. Uğurlu günləriniz 4, 7 oktyabr, uğursuz gününüz isə 6 oktyabrdır.

BALIQLAR bürcü


Yeni tanışlıqlarla bol həftə olacaq: bu tanışlıqlardan yararlanmağa çalışın, çünki gələcəkdə uğurlu iş birliyiniz ola bilər. Xəyalları reallığa çevirməyin əsl vaxtıdır. Riskli işlər varsa, mütləq gerçəkləşdirin, bütün işləriniz alınacaq! Çoxdan bəyəndiyiniz bir insana sevgi etirafı edin: qorxmayın, “yox” cavabı almayacaqsınız. Stilinizi dəyişmək istəyirsiz? Dəyişin, niyə də yox?! Çox uğurlu alınacaq, hamının gözü sizdə olacaq. Bəxtiniz nəinki sevgi tərəfdən, həmçinin pul tərəfdən də gətirəcək: maaş artımı və ya əlavə bonuslar sizi sevindirəcək. Uğurlu günləriniz 5, 8 oktyabr, uğursuz gününüz isə 3 oktyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Oxşar xəbərlər