QOÇ bürcü
Əgər bayram günlərində doyunca istirahət etməmisinizsə, bu həftə sizin üçün çətin olacaq. Sizi çoxlu görüşlər, işlər və yeni vəzifə gözləyir. Peşəkar işlərdə təşəbbüs göstərin, işdə nüfuzunuz artacaq. Telefonun zəngləri dayanmaya bilər, hamının sizə bir anda ehtiyacı yaranacaq. Bazar günü qohumlardan dəstək və ya sevgilinizdən xoş sürprizlər gözləmək olar. Uğurlu günləriniz 26, 27 yanvar, uğursuz gününüz isə 22 yanvardır.
BUĞA bürcü
Özünüz bunu hiss etməsiniz də, hazırda əlverişli şəraitdəsiniz. Yaradıcı potensialınızı üzə çıxarmağa və çoxdan planlaşdırdığınız məsələləri həyata keçirməyə imkan verən yeni işgüzar və yaradıcı fəaliyyət dövrü başlayır. Yaxşı şeylər gözünüzə dəymədən özünü göstərəcək: dostlarla görüşlər, işdə yeni imkanlar, romantik görüşlər, rifahın yaxşılaşması. Həftəsonu yaxın insanlar sizi əsəbiləşdirə bilərlər: onlara qarşı daha dözümlü olmağa çalışın, emosiyalarınızı cilovlayın. Uğurlu günləriniz 22, 25 yanvar, uğursuz gününüz isə 27 yanvardır.
ƏKİZLƏR bürcü
Bu həftə iki seçim arasında qalacaqsınız: sakitlik və ya öz səlahiyyətiniz üçün mübarizə. Həftənin ilk yarısında öyrəşdiyinizdən daha çox iş görməli olacaqsınız. Həftənin ikinci yarısı emosional baxımdan daha gərgin ola bilər: sevdiyiniz insanlarla dava qaçılmazdır. Çərşənbə axşamı sizin üçün kifayət qədər məhsuldar gün olacağını vəd edir: özünüz üçün yeni perspektivlər aça biləcəksiniz. Keçmişdə sonlandıra bilmədiyiniz işlər sizi yenidən taqib edəcək: çətinliklərə hazır olun. Uğurlu günləriniz 24, 26 yanvar, uğursuz gününüz isə 23 yanvardır.
XƏRÇƏNG bürcü
Bu həftə qarşınıza qoyulacaq yeni tapşırıqları, planları inamla yerinə yetirməyə başlaya bilərsiniz: uğurunuza şübhə belə etməyin. Bu günlərdə işləmək fədakarlıq tələb edə bilər. Unutmayın ki, özünüzü müsbət qiymətləndirməsəniz, heç kim sizə diqqət yetirməyəcək. Bu həftə vasitəçilik, incə intuisiya və ya uğurlu səfərlər vasitəsilə maddi durumu yaxşılaşdırmaq olar. Həftəsonu yaxınlarınızı da unutmayın, onların sizin diqqətinizə ehtiyacları var. Uğurlu günləriniz 22, 23 yanvardır, uğursuz gününüz gözlənilmir.
ŞİR bürcü
Bu həftə sizi çoxlu müsbət emosiyalar və xoş xəbərlər gözləyir. Fəaliyyətiniz cəmiyyətdə müsbət təəssürat yarada bilər. Vəzifənizi artıra və qazanc əldə edə biləcəksiniz. Peşəkar sahədə və şəxsi həyatınızda uğurlar sizi gözləyir. Cümə günü nəyisə kökündən dəyişməyə qərar verənlər üçün yaxşı gündür: arzunuza çatmağa səy göstərin. Həftəsonu təklikdə qalmağa vaxt tapın, bu, son günlərdə işə sərf etdiyiniz enerjini bərpa etməyə imkan verəcək. Uğurlu günləriniz 24, 26 yanvar, uğursuz gününüz 23 yanvardır.
QIZ bürcü
Bu həftə işgüzar səfərlər və ya yerdəyişmələr çox uğurlu ola bilər. Cazibədarlığınızın köməyi ilə çox şeyə nail ola bilərsiniz, amma ondan sui-istifadə etməməlisiniz, həmçinin insanları manipulyasiya etməkdən çəkinməlisiniz. Özünüzə və ətrafınızdakılara qarşı dürüst olun: kiçik yalanınız sizi pis vəziyyətdə qoyacaq və nüfuzdan düşəcəksiniz. Dedi-qodulara hazır olun: işdə sevgi yaşayanlar ifşa olunacaqlar. Uğurlu günləriniz 27, 28 yanvar, uğursuz gününüz 25 yanvardır.
TƏRƏZİ bürcü
Həftə təlaşla keçəcək: eyni vaxtda bir neçə problemi həll etməli olacaqsınız. Nəhayət, çoxdankı işlərinizi həyata keçirə biləcəksiniz. Planlarınızı düzəltməli və mühüm layihələri sürətləndirməli ola bilərsiniz. Ola bilsin ki, siz qeyri-adi işlərlə məşğul olacaqsınız: narahat olmayın, hər şeyi yüksək peşəkarlıqla edəcəksiniz. Cümə günü ikinci yarınızdan xoş xəbər eşidəcəksiniz: bəlkə, evlənməyə doğru bir addım atacaqsınız. Uğurlu günləriniz 26, 27 yanvar, uğursuz gününüz 22 yanvardır.
ƏQRƏB bürcü
Bu həftə sizə sadəcə təşəbbüs və cəsarət göstərmək lazımdır: natiqsinizsə, o zaman həm peşəkar, həm də şəxsi sferada uğura arxalana bilərsiniz. Planlarınızı həyata keçirərkən həmkarlarınızın, dostlarınızın və yaxınlarınızın dəstəyinə ehtiyacınız olacaq. Həftəsonu istirahət edə bilməyəcəksiniz, çoxlu hay-küy, görüşlər və ev işləri sizi gözləyir. Qarşınıza Dolça və ya Buğa bürcündən bir insan çıxacaq: ondan möhkəm yapışın, çünki sizin həyatınızı müsbət tərəfə dəyişəcək. Uğurlu günləriniz 23, 25 yanvar, uğursuz gününüz 26 yanvardır.
OXATAN bürcü
Yaradıcı layihələr və təqdimatlar üçün əlverişli zamandır. Yaxşı karyera perspektivləri ilə daha yüksək peşəkar səviyyəyə çatmaq imkanı olacaq. Çərşənbə axşamı vacib görüşlər təyin etməməlisiniz, çünki bütün səylərə baxmayaraq, gecikmək riski var. Sevgi axtarışında olanlar gözləmədikləri halla rastlaşacaqlar: dost saydığınız insan sizə öz hissləri barədə etiraf edəcək. Uğurlu günləriniz 27, 28 yanvar, uğursuz gününüz 23 yanvardır.
OĞLAQ bürcü
Karyera nailiyyətləri və sevgi münasibətləri üçün əlverişli zamandır. Çərşənbə axşamı qətiyyət və fəallıq nümayiş etdirin və hər hansı bir sual yaranarsa, yaxın gələcək hər şeyi öz yerinə qoyacaq: problemlərinizin həlli üçün başqalarının köməyindən imtina etməyin. Həftəsonu işgüzar və ya romantik görüş gözlənilir. Küsülü olduğunuz insan varsa, onunla mütləq barışın. Beşgünlük dünyadır. Uğurlu günləriniz 23, 26 yanvar, uğursuz gününüz 27 yanvardır.
DOLÇA bürcü
Qarşınızda yaranan çətinliklər və maneələr həftə ərzində tədricən aradan qalxacaq: çox maraqlı perspektivlər görəcəksiniz. Sizi böyük gəlir və işdə və sevgidə uğur gözləyir. Planlarınız haqqında məlumat yaymamağınız məsləhətdir, o zaman onların daha tez reallaşmaq şansı olacaq. Cümə günü rəhbərlikdən bonus ala bilərsiniz: sizin əziyyətiniz yerdə qalmayacaq. Həftəsonu səyahətə çıxa və ya xarici ölkədən dəvət ala bilərsiniz. Uğurlu günləriniz 22, 28 yanvar, uğursuz gününüz 24 yanvardır.
BALIQLAR bürcü
Yalnız öz gücünüzə güvənmək həmişə müdrik qərar deyil, indi birlikdə işləməyin müsbət tərəfləri haqqında da düşünməlisiniz: qarşınıza böyük və gəlirli layihə qoyulacaq. Kreativliyinizlə, üstəlik çalışqanlığınızla siz dağları yerindən tərpədə bilərsiniz. Həftəsonu pərəstişkarlarınızın əlindən çölə çıxa bilməyəcəksiniz: onlar sizin diqqətinizi çəkməyə və ürəyinizi almağa çalışacaqlar. Şərq ölkələrinə getmək imkanınız olacaq: bu, işlə bağlı ola bilər. Uğurlu günləriniz 25, 27 yanvardır, uğursuz gününüz gözlənilmir.