top
Həftəlik bürclər 25 DEKABR - 31 DEKABR
24 dekabr 2023, 10:00
- +

Həftəlik bürclər 25 DEKABR - 31 DEKABR

QOÇ bürcü


İdeyaların, hadisələrin və təəssüratların burulğanı Əjdaha ilində doğulan Qoç üçün çox cəlbedici olacaq. Qoç üçün sevgi münasibətləri yeni rənglərlə parlayacaq: tənhalar subaylıq daşını atacaqlar, evli olanlar isə uşaq səsinə sevinəcəklər. Biznesdə və karyera qurmaqda inadkar Qoç uğur qazanacaq. Ancaq bunun üçün səy göstərməli olacaqsınız: yeni ideyalar yaradın, rəqabət aparın. Həftənin sonlarında aldadılma riski ilə qarşılaşacaqsınız: diqqətli olmanız məsləhət görülür. Uğurlu günləriniz 26, 31 dekabr, uğursuz gününüz isə 29 dekabrdır.

BUĞA bürcü


Uzun müddətdir sizi taqib edən uğursuzluqlar sizi tərk edəcək: gözəl günlər qarşıdadır. Rahatlana və xoş dəyişikliklər gözləyə bilərsiniz. Buğalar özləri üçün yeni rollara asanlıqla uyğunlaşa biləcəklər. Bu bürcün nümayəndələrinin maliyyə vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Yeni il sizə xoş sürprizlər hazırlayıb: arzular çin olurmuş! Uğurlu günləriniz 25, 31 dekabr, uğursuz gününüz isə 26 dekabrdır.

ƏKİZLƏR bürcü


Ünsiyyətcil və mehriban Əkizlər xoşbəxt günlərə qovuşacaqlar: kim sevgisini tapacaq, kim mülk alacaq, kim dərddən azad olacaq, kim isə karyera yüksəlişi arzusuna çatacaq. Əjdaha ilində Əkizlər qənaət etməyə, möhkəm maddi baza yaratmağa və düşünmədən alış-veriş etməməyə başlamalıdırlar. İlin əvvəlində yeni gəlir mənbəyinin yaranmasını gözləmək olar. Uğurlu günləriniz 27, 28 dekabr, uğursuz gününüz isə 30 dekabrdır.

XƏRÇƏNG bürcü


Gözəl və həssas, lakin praktik və məqsədyönlü bürc nümayəndələri tez-tez həm karyerada, həm də şəxsi həyatda uğur qazanacaqlar. Yaradıcı və intellektual qabiliyyətlərə malik Xərçəng uğurlu karyera quracaq. Həftəsonu həyatdan həzz alacaqsınız və yaxın insanlarla gözəl vaxt keçirəcəksiniz. 31 dekabr günü elə gözəl xəbər alacaqsınız ki, sevincinizdən gözləriniz dolacaq. Uğurlu günləriniz 25, 31 dekabr, uğursuz gününüz isə 30 dekabrdır.

ŞİR bürcü


Yeni il sizə xaricə köçmək və ya orada biznes açmaq imkanları yaradacaq. Həftənin əvvəlində planlarda müəyyən məcburi dəyişikliklər mümkündür. Ancaq təşvişə düşməməlisiniz, çünki tezliklə qarşınızda yeni imkanlar açılacaq. Maraqlı insanlarla görüşlər baş tutacaq. Bu görüşlər çox faydalı olacaq. Cümə axşamı bir anda bir neçə gəlir mənbəyi əldə etmək imkanınız yaranacaq. Şənbə günü qiymətli hədiyyə alacaqsınız. Uğurlu günləriniz 28, 30 dekabr, uğursuz gününüz isə 27 dekabrdır.

QIZ bürcü


Qızlar 2024-cü ildə yeni uğurlar əldə edəcəklər. Xüsusilə də 10 yanvar və 2 fevral tarixlərinə diqqət edin: həmin günlərdə uzun illərdir qurduğunuz xəyal gerçəkləşə bilər. Həftəsonu pulların içində üzəcəksiniz: gözləmədiyiniz yerdən böyük gəlir qazanacaqsınız. Tənha olanlar, bəxtiniz açılacaq: özünüzə yar tapacaqsınız. Uşaq arzusunda olanların üzləri güləcək: 2024-cü ildə həyatınıza kiçik mələk daxil olacaq. Uğurlu günləriniz 25, 27 dekabr, uğursuz gününüz isə 29 dekabrdır.

TƏRƏZİ bürcü


Bu həftə işinizdə fəal şəkildə təşəbbüs göstərməlisiniz: özünüzü ifadə etmək və proseslərə təsir etmək üçün yeni imkanlar axtarın. Enerjiniz həmkarlarınız arasında fərqlənməyə kömək edəcək. Sevgilinizlə problemlər yarana bilər: dedi-qodulara uymayın, ikinci yarınıza güvənin. Həftəsonu küsülü olduğunuz bir insanla barışacaqsınız. Uğurlu günləriniz 26, 27 dekabr, uğursuz gününüz isə 30 dekabrdır.

ƏQRƏB bürcü


2024-cü ildə karyeranızda peşəkar səviyyəyə çatacaqsınız və ciddi status qazanacaqsınız. Xüsusilə də onlayn platformalarda işləyən və sosial şəbəkələrdə hər hansı bir iş üzərində çalışan Əqrəblər bu il yüksəlişə hazır olmalıdırlar. Sevgili axatrışında olan bəylər sevinəcəklər: fevral-aprel aylarında arzunuza çatacaqsınız. Uğurlu günləriniz 29, 30 dekabr, uğursuz gününüz isə 25 dekabrdır.

OXATAN bürcü


Oxatanı bu həftə karyeralarında sürətli irəliləyiş gözləyir. Ola bilsin ki, bu bürcün bir çox nümayəndələri öz fəaliyyət sahələrini dəyişsinlər, təhsil alsınlar, sərfəli tərəfdaşlıq təklifindən yararlansınlar və öz bizneslərini açmaq qərarına gəlsinlər. Həftəsonu lotereyada qalib gəlmək üçün bol şansınız olacaq. Qarşıdan gələn 2024-cü ildə isə gözlənilməz miras alacaqsınız. Uğurlu günləriniz 26, 31 dekabr, uğursuz gününüz isə 27 dekabrdır.

OĞLAQ bürcü


Keçən aylarda əksər Oğlaqlar yorğunluqdan, işdə gərgin münasibətlərdən, çətinliklərdən bezmişdilər. Astroloqlar 2024-cü ilin bu bürcə düşərli olacağını deyirlər. Siz, nəhayət, keçmişdəki neqativ halları geridə qoyub cəsarətlə yeni qələbə və nailiyyətlərə doğru irəliləyə biləcəksiniz. Həmçinin şəxsi həyatınızda da xoş dəyişikliklər gözlənilir. Uğurlu günləriniz 28, 29 dekabr, uğursuz gününüz isə 26 dekabrdır.

DOLÇA bürcü


Bu həftə sizin üçün düşərli olacaq: ilin sonunda arzularınız çin olacaq, maddi durumunuz yaxşıya doğru dəyişəcək. İl boyunca yaxşı işçi olmusunuz, hamının qayğısına qalmısınız. Buna görə ulduzlar sizə hədiyyələr hazırlayıb və yaxın günlərdə onlardan faydalana biləcəksiniz. Sevgi cəbhəsində də uğura imza atacaqsınız: qarşınıza yaraşıqlı, imkanlı və əliaçıq bir şəxs çıxacaq. Uğurlu günləriniz 25, 27 dekabr, uğursuz gününüz isə 29 dekabrdır.

BALIQLAR bürcü


2023-cü ilin sonu Balıqlara faydalı tanışlıqlar gətirəcək: bu tanışlıqlar ilk növbədə biznes sektoruna aid olacaq. Bundan əlavə, sizi narahat edən məsələlər Yeni ildə həll olunacaq. Xəstə olanlar mütləq şəfa tapacaqlar. Maddi durumunuzun yaxşılaşacağı gözlənilir: gəlirli iş tapacaqsınız. Həmçinin başqa ölkədə yaşamaq şansı əldə edəcəksiniz. Uğurlu günləriniz 26, 27 dekabr, uğursuz gününüz isə 30 dekabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
Dünən, 11:29

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı AÇIQLAMA

Xəbər
Dünən, 11:08

Avtomobili vaxtında yumadığı üçün ŞİLLƏLƏNDİ

Xəbər
Dünən, 10:47

"Bu sualla Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər" - Ülkər Yaşarqızı

Xəbər
Dünən, 10:34

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbər
Dünən, 10:29

Yasamalda qanunsuz çörək bişirirlərmiş

Xəbər
Dünən, 09:34

Bakıda məktəbli qız itkin düşdü

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2025, 18:00

Bakıda "Changan" qarət edildi

Xəbər
03 noyabr 2025, 17:17

Abubakar Premyer Liqanın tarixinə düşdü

Xəbər
03 noyabr 2025, 17:07

Sabiq məhkum bu dəfə də 9 illik CƏZA ALDI

Oxşar xəbərlər