top
Həftəlik bürclər 26 FEVRAL - 3 MART
25 fevral 2024, 10:00
- +

Həftəlik bürclər 26 FEVRAL - 3 MART

QOÇ bürcü


Qoç sanki dünyaya onu fəth etmək üçün gəlib. O, bunu bu həftə sübut edəcək və qarşısındakı ən çətin maneəni qət edəcək. Evdəki pəncərələri açın: qoy mart küləyi problemləri süpürüb aparsın. Həyatınızda yeniliklər baş verəcək: şok olaylara hazır olun, amma unutmayın ki, nə baş versə, sizin xeyrinə bitəcək. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir: ürəyinizin qapısını açın, çünki sizi sevən biri var, lakin siz ya onu görmürsünüz, ya da “mən hazır deyiləm” deyib sevgi qatarınızı qaçırırsınız. Uğurlu günləriniz 29 fevral, 1 mart uğursuz gününüz isə 27 fevraldır.

BUĞA bürcü


Ev heyvanına sahiblənmək çoxdankı arzunuzdur? Fikirləşmədən bu həftə arzunuzu gerçəkləşdirin: həmin heyvan sizin evinizə ruzi, bərəkət gətirəcək. Axır ki, müdiriyyət sizin əziyyətlərinizi görəcək və sizə ya yeni vəzifə, ya da maaş artımı təklif edəcək. Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmirlər: etiraf etməkdən çəkinməyin! İnanın, ulduzlar sizə yalnız xoşbəxtlik arzu edir, lakin unutmayın ki, həyat qorxaqları sevmir. Uğurlu günləriniz 2, 3 mart uğursuz gününüz isə 26 fevraldır.

ƏKİZLƏR bürcü


Hamını mat edən, maneələrdən qorxmayan, çətinliklərin nə olduğunu bilməyən cəsur Əkizlər, niyə özünüzə inamınız itib? Həyatda problemlər ola bilər, amma bu, o demək deyil ki, ruhdan düşmək lazımdır! Oyanın, bu həftədən sonra hər şey yaxşılığa doğru dəyişəcək. Maddi tərəfdən artımlar gözlənilir, problemli məsələlər tezliklə həll olunmağa başlayacaq. Xaricdən çox maraqlı təklif ala bilərsiniz: Amerikaya və ya Avropaya gedən keçmiş tanışınızdan zəng gözləyin. Uğurlu günləriniz 26, 27 fevral uğursuz gününüz isə 29 fevraldır.

XƏRÇƏNG bürcü


Həyatınızda çox insan sizdən zəli kimi yapışıb: hər kəs də Xərçəngdən nəsə umur. Bəsdirin, bu qədər aciz olmayın! Sizin heç kəsə borcunuz yoxdur, “yox” deməyi bacarın. Bunu etsəniz, həyat sizə sürprizlər hazırlayacaq və özünüzü sanki yenidən doğulmuş kimi hiss edəcəksiniz. Həftənin ortalarında dostlarınızdan biri sizə bir sirr açacaq: onu başa düşməli və dediyini qəbul etməlisiniz. Bəzi yaralar yalnız zamanla sağalar: münasibətlərinizdə soyuqluq varsa, bir müddətlik fasilə verin. Uğurlu günləriniz 29 fevral, 2 mart uğursuz gününüz isə 27 fevraldır.

ŞİR bürcü


Həyatınıza sizin arzularınızı yerinə yetirməyə hazır olan bir insan daxil olacaq: bu şans sizə bir dəfə veriləcək, ona görə də onu torunuza salmağı bacarmalısınız. Avtomobil və ya ev almaq istəyənlər diqqətli olmalıdırlar: fırıldaqçılara rast gələ bilərsiniz. Bu səbəbdən qərar verməzdən əvvəl 100 ölçüb, 1 biçin! Sevdiyiniz üçün heç vaxt utanmamalısınız. Bilin ki, əslində utanmalı olan sevildiyini bilə-bilə sevməyi bacarmayandır: çətin olsa da, o insanı həyatınızdan buraxmalı və yeni macəralara hazır olmalısınız. Uğurlu günləriniz 2, 3 mart uğursuz gününüz isə 28 fevraldır.

QIZ bürcü


Çox insan Qızın ayaqqabısını geyə bilər, amma onun kimi yeriyə bilməz: ətrafınızda özünü sizə oxşadan, sizin yerinizdə olmaq istəyən paxıl insanlar toplaşıblar. Diqqətli olun: bu həftə tələlərlə dolu günlər keçirəcəksiniz, amma düşmənlər sizin gücünüzə bələd deyillər. Sonda “əlinizdə onların saçları, ovcunuzda dişləri qalacaq” və siz şahlar kimi taxtda oturub zəfər çalacaqsınız. Sevgi tikanlı kollarda doğular, arzuların himayəsi ile böyüyər, hörmətlə yaşamağa davam edər və qısqanclığın zəhəri ilə ölər: çalışın, sizi sevən insanın qədrini bilin, ona qarşı soyuq davranmayın. Uğurlu günləriniz 26 fevral, 2 mart uğursuz gününüz isə 1 martdır.

TƏRƏZİ bürcü


Həyat bu həftə sizə sınaqlar hazırlayıb: çətin günlər olacaq, amma güclü olsanız və maneələri dəf etsəniz, sonda böyük mükafat qazanacaqsınız. Keçmişiniz təkrarən qapınızı döyəcək: vaxtında həll etmədiyiniz problemlər sizi narahat edə bilər. Həftənin sonunda qarşınızda iki seçim olacaq: doğru seçim sizə uğur gətirəcək, səhv isə müflis edəcək. Sevgi insanlığın qanunudur, odur ki, özünüzdən: “Mən bu insanla xoşbəxtəm?” – deyə soruşun. Ömrünüzü sizə layiq olmayan bir insanla çürütməkdənsə, o insanı birdəfəlik həyatınızdan silin. Uğurlu günləriniz 29 fevral, 3 mart uğursuz gününüz isə 2 martdır.

ƏQRƏB bürcü


Bu həftə Əqrəb üçün yeniliklər dövrü başlayır: yeni peşəyə yiyələnmək, yaşayış yerini dəyişmək, cansıxan sevgilinizdən ayrılmaq və imici dəyişmək vaxtıdır. Əslində bu bürcün nümayəndələri hansı gücə malik oldularını bilmirlər: onlar ürəkdən istədikləri hər şeyi əldə edəcəklər. Lakin Əqrəbin düşməni tənbəllikdir: buna qalib gəlsəniz, inanın ki, dünyanı fəth edərsiniz. Xəzinə tapsanız, təəcüblənməyin: pul axını gözləməyə dəyər. Uğurlu günləriniz 26 fevral, 1 mart, uğursuz gününüz isə 3 martdır.

OXATAN bürcü


Çalışın, Oxatanın “quyruğunu” tapdalamayın, yoxsa önünüzdə sizi məhv edəcək bir mələyi görəcəksiniz. Bəli, unutmayın ki, şeytan da bir mələkdir. Oxatan qarşısına məqsəd qoyub və onu reallaşdırmaq üçün işlər görür, amma mərdimazarlar buna mane olmaq istəyirlər. Ətrafınızda olan insanları yoxlayın: bəlkə, sevgiliniz, ya da dost bildiyiniz bir insan sizə zərbə vurmaq istəyir? Maddi durumunuzda problemlər yaşanmayacaq, hətta artım gözlənilir. Uğurlu günləriniz 27 fevral, 2 mart uğursuz gününüz isə 29 fevraldır.

OĞLAQ bürcü


Bir çoxumuz zaman-zaman keçmişə qayıdırıq, buna görə irəliyə baxa bilmirik. Bəzən həyat davam edərkən və yeni şeylər yaşanarkən köhnədən yapışmaq asandır. Vacib məqam keçmişdə yaşadığımızın bugünkü və gələcək həyatımıza necə təsir etdiyidir. Keçmişi unutmaq və həyat kitabının növbəti səhifəsini yazmaq vaxtı gəldi: uğur və xoşbəxtlik sizi daim taqib edəcək, sadəcə cəsarətli olun. Həftəsonu iki iş təklifi arasında qala bilərsiniz: dostlarınızla və ailənizlə məsləhətləşin, onlar sizə doğru yolu göstərəcəklər. Uğurlu günləriniz 1, 3 mart, uğursuz gününüz isə 28 fevraldır.

DOLÇA bürcü


Həyatınızda çətinliklər çoxdur və bu, sizi bəzən çox sıxır: həyat sizin gücünüzü sınayır və inanın ki, bu mərhələdən alnıaçıq çıxsanız, sonra uğur daim sizi taqib edəcək. İnsanlar sevilmək üçün yaradılıblar, əşyalar isə istifadə edilmək üçün. Dünyadakı xaosun səbəbi əşyaların sevilməsi, insanların isə istifadə edilmələridir. Sizi alət kimi görməyə imkan verməyin: indikini əldən buraxmaqdan qorxmayın. Mart ayı sizin həyatınıza yeniliklər gətirəcək, problemlər həll olunacaq, işləriniz istədiyiniz kimi gedəcək. Uğurlu günləriniz 27 fevral, 2 mart, uğursuz gününüz isə 26 fevraldır.

BALIQLAR bürcü


Bu həftə hər bir məsələdə sakit olsanız, uğur qazana bilməyəcəksiniz. Bu dövrdə çətinliklər ola bilər, amma təslim olmamalısınız! “Risk etməyən şampan içməz”: yeniliklərdən qorxmayın, yeni iş təkliflərinə nəzər salın. Həftəsonu pulların içində üzəcəksiniz. Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir: ürəyinizdə sevdiyiniz insan varsa, gec olmamış ona etiraf edin, yoxsa sonda peşman olacaqsınız. Uğurlu günləriniz 28 fevral, 29 fevral, uğursuz gününüz isə 27 fevraldır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
Dünən, 11:29

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı AÇIQLAMA

Xəbər
Dünən, 11:08

Avtomobili vaxtında yumadığı üçün ŞİLLƏLƏNDİ

Xəbər
Dünən, 10:47

"Bu sualla Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər" - Ülkər Yaşarqızı

Xəbər
Dünən, 10:34

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbər
Dünən, 10:29

Yasamalda qanunsuz çörək bişirirlərmiş

Xəbər
Dünən, 09:34

Bakıda məktəbli qız itkin düşdü

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2025, 18:00

Bakıda "Changan" qarət edildi

Xəbər
03 noyabr 2025, 17:17

Abubakar Premyer Liqanın tarixinə düşdü

Xəbər
03 noyabr 2025, 17:07

Sabiq məhkum bu dəfə də 9 illik CƏZA ALDI

Oxşar xəbərlər