QOÇ bürcü
Qoçlar öz istək və ehtiyaclarını anlamaqda çətinlik çəkirlər. Bundan əlavə, maliyyə işlərində gözlənilməz dönüşlər mümkündür və kortəbii ediləcək xərclər gəlir və xərclər arasında tarazlığın qorunmasını çətinləşdirəcək. İctimai yerlərdə diqqətli olun: oğrular həftə boyunca sizi taqib edəcəklər. Subay qızların qarşısına ərəb şeyxi kimi varlı biri çıxacaq, lakin onun varlı olduğunu ilk baxışdan tuta bilməyəcəksiniz, ona görə intuisiyanıza güvənin. Uğurlu günləriniz 29, 31 yanvar, uğursuz gününüz isə 30 yanvardır.
BUĞA bürcü
Buğalar rəhbərliklə çətin anlar yaşayacaqlar: işdən qovulmaq riski var. Bu həftə hisslərinizə, qəzəbinizə hakim olmağa çalışın: səbirli olun və insanları yola verməyə çalışın. Münasibətdə olanları həyat sınayacaq, amma qismətdirsə, siz mütləq bir yerdə olacaqsınız. Ev və ya avtomobil almaq fikrinə gəlsəniz, mütləq ayın sonuna kimi edin: uğurlu dönəmi qaçırmayın. Uğurlu günləriniz 30 yanvar, 2 fevral, uğursuz gününüz isə 1 fevraldır.
ƏKİZLƏR bürcü
Əkizlər üçün səyahət və işgüzar səfərlərdən bir müddət imtina etmək daha yaxşıdır: planlarınız uğursuzluğa düçar ola bilər. Bu həftə sizdən borc istəyən çox, amma qaytaran az olacaq: başınız ağrımasın deyə “yox” sözünü deməyi öyrənin. Yanınızda ilan var: siz onu dost bilirsiniz, amma o, sizi sancmaq üçün məqam gözləyir. Ümumiyyətlə, çox səmimisiniz və bu, sizin başınıza bəladır. Uğurlu günləriniz 31 yanvar, 3 fevral, uğursuz gününüz isə 2 fevraldır.
XƏRÇƏNG bürcü
Xərçənglər, sevgilinizin sizi qısqanması üçün fürsət yaratmayın: bu, yaxşı sonluqla bitməyəcək, aranızda inam qalmayacaq. Bəzən kompromisə getməyi bacarın: “yalnız mənim dediyim olacaq” deməklə əlinizdə olanı da itirə bilərsiz. İctimai yerdə davaya səbəb ola bilərsiniz: xanımsınızsa, sizin üstündə dava düşəcək, bəysinizsə, səhv bir baxış münaqişəyə çevriləcək. Uğurlu günləriniz 2, 3 fevral, uğursuz gününüz isə 1 fevraldır.
ŞİR bürcü
Şirlərin planlarını və arzularını gerçəkləşdirmək üçün əlverişli dövr başlayır: uğur sizin tərəfinizdə olacaq. Taleyinizdə köklü dəyişikliklər etmək imkanınız olacaq! Şansınızı qaçırmayın, intuisiyanızın sizə göndərdiyi ipucularına diqqət yetirin. Həftəsonu duyğusal olacaqsınız: xoş xəbərlərdən ağlayacaqsınız. Kişi Şirlər, diqqətli olun: sizin dalınızca ov başlaycaq, qadınların əlindən gizlənməyə yer axtaracaqsınız. Uğurlu günləriniz 29 yanvar, 1 fevral, uğursuz gününüz isə 31 yanvardır.
QIZ bürcü
Qarşıdan gələn həftədə Qızlar qalmaqalların baş qəhrəmanı olacaqlar. Həmçinin həmkarlarınızla davaya hazırlaşın: sizi sakit görüb “başınıza çıxmağa” imkan verməyin. Ola bilər ki, pisniyyətli insanlar indi sizə qarşı hiylə qursunlar. Lakin həftəsonu xoş xəbərlər dolu olacaq və üzünüzdə gülüşə səbəb olacaq. Arzularınız var: mütləq onların dalınca gedin, gerçəkləşdirmək üçün işlər görün. Uğurlu günləriniz 2, 3 fevral, uğursuz gününüz isə 30 yanvardır.
TƏRƏZİ bürcü
İşdə problemlər ola bilər, lakin ümumilikdə həftə yaxşı keçəcək. Qərar verməkdə tələsməmək tövsiyə olunur. Yerinə yetirə biləcəyinizə kiçik şübhəniz belə varsa, üzərinizə heç bir ciddi öhdəlik götürməməyə çalışın. Həftə yaxınlarınız, dostlarınızla ünsiyyət və romantik görüşlər üçün əlverişli olacaq. Həftəsonu çoxdandır görmədiyiniz insanla qarşılaşacaqsınız. Bu görüş sizin üçün çox emosional keçəcək. Uğurlu günləriniz 29, 30 yanvar, uğursuz gününüz isə 31 yanvardır.
ƏQRƏB bürcü
Həftənin gözlədiyiniz kimi keçəcəyi ehtimalı azdır: qəfildən planlaşdırılmamış işlər çıxacaq. Həftənin sonu birinci yarısından daha uğurlu olacaq, daha çox imkanlar açacaq: maaş artımı və ya pul qazanmaq imkanınız ola bilər. Bu ərəfələr maliyyə məsələlərinin həlli, eləcə də alış-veriş etmək üçün münasib vaxtdır. Sevgiliniz tərəfindən gözlənilməz hədiyyələr, xoş sürprizlər ola bilər. Uğurlu günləriniz 31 yanvar, 1 fevral uğursuz gününüz isə 29 yanvardır.
OXATAN bürcü
Həftənin əvvəli nə ilə məşğul olsanız da, unutmayın ki, tez bir zamanda uğur qazana bilməyəcəksiniz: çətinliklər heç gözləmədiyiniz yerdə yarana bilər. Amma siz səbir etməli və əlbəttə ki, başladığınız işdən əl çəkməməlisiniz, çünki nəticəsi çox gözəl və uğurlu olacaq. Həftəsonu diqqətli olun: Dolça, Xərçəng və ya Buğa bürcünün qazdığı quyuya düşə bilərsiniz. Ətrafınızda paxıllığınızı çəkənlər artacaq. Uğurlu günləriniz 31 yanvar, 3 fevral uğursuz gününüz isə 30 yanvardır.
OĞLAQ bürcü
Həftəni gözləmədiyiniz xəbərlə açacaqsınız: çoxdandır çözə bilmədiyiniz məsələ həllini tapacaq. Çöldə çalışın heç kimin “quyruğuna” basmayın, yoxsa dava qaçılmaz olacaq. Həftənin çərşənbə axşamı və çərşənbə günləri ulduzlar sizə xoş sürprizlər hazırlayır. Həmin günlər ən çox da evdə qalmış qızlar üçün düşərli olacaq. Köhnə dostunuzla görüşəcəksiniz: o, sizə xaricə səyahət etmək və ya biznes qurmaq təklifi edə bilər. Uğurlu günləriniz 30, 31 yanvar, uğursuz gününüz isə 2 fevraldır.
DOLÇA bürcü
Həftənin əvvəlini macəra ilə açacaqsınız, hər şey isə taksi, metro və ya avtobusda başlayacaq. Təsadüfi bir tanışlıq böyük sevgiyə yol aça bilər. Lotereyada cekpot qazanmaq, böyük pullara sahib olmaq, hətta müdir vəzifəsinə keçmək şansınız yüksəkdir. Çoxdandır istədiyiniz vəzifəyə sahib olacaqsınız: sevinənlər çox olsa da, paxıllar da az olmayacaq. Sizin ağlınız, kreativliyiniz çox insanı qıcıqlandırır: onlar sizin arxanızca işlər görür, sizi pisləməyə çalışırlar. Odur ki, bu həftə hər addımınızı ehtiyatla atın. Uğurlu günləriniz 1, 2 fevral uğursuz gününüz gözlənilmir.
BALIQLAR bürcü
Həftə ərzində ətrafınızdakı insanlarla dil tapmaq həmişəkindən daha çətin olacaq. İşdə münaqişələr istisna edilmir. Bununla belə, heç bir ciddi problem olmayacaq, sonda hamı sizin doğru olduğunuzu anlayacaq və sizdən üzr istəyəcək. Subay oğlanların bəxti açılacaq: nəqliyyat vasitəsində olarkən bir xanımla tanış olacaqsınız. Həmin xanım sizin yarınız olacaq və sizi dünyanın ən xoşbəxt insanı edəcək. Uğurlu günləriniz 2, 3 fevraldır, uğursuz gününüz gözlənilmir.