QOÇ bürcü
Bu həftə Qoçlar üçün ağır keçə bilər. Məqsədlərinizə və arzularınıza çatmaq üçün enerjiniz və ambisiyalarınızdan istifadə edin. Özünüzə həddindən artıq inanmağınız münaqişələrə səbəb ola bilər, ona görə də nəzakətli olun və emosiyalarınızı cilovlamağa çalışın. Bu dövrdə gözlənilməz tapıntılara və yeni maraqlı tanışlıqlara hazır olun. Uğurlu günləriniz 3, 4 iyul, uğursuz gününüz isə 8 iyuldur.
BUĞA bürcü
İş və ya yaşayış yerini dəyişməyi planlaşdıran Buğalar bu planlarını ən qısa zamanda reallaşdırmaq üçün fürsət əldə edəcəklər. Romantik münasibətlərdə Buğa təşəbbüsü ələ almağa, planlar qurmağa meyilli olacaq. Bu bürcün bir çox nümayəndələri ruh yoldaşlarından xoş hədiyyələr və ya xüsusi diqqət əlamətləri alacaqlar. Maliyyə məsələləri Buğa üçün problem yaratmayacaq. Uğurlu günləiniz 5, 8 iyul, uğursuz gününüz isə 6 iyuldur.
ƏKİZLƏR bürcü
Əziz Əkizlər, bu həftə siz yaradıcılığınızın və cazibədarlığınızın zirvəsində olacaqsınız ki, bu da problemlərin həllinə və uğur qazanmağınıza kömək edə bilər. Maliyyə ilə diqqətli olun: əyləncə və tələsik alışlarla bağlı xərclər ola bilər. Yeni maraqlı tanışlıqlara hazır olun və sosial dairənizi genişləndirmək şansını qaçırmayın. Uğurlu günləriniz 3, 8 iyul, uğursuz gününüz isə 9 iyuldur.
XƏRÇƏNG bürcü
Bu həftə sizə təsir edəcək hadisələrin əksəriyyəti bu və ya digər şəkildə başqa insanlarla əlaqəli olacaq. Eyni zamanda mühüm bir insanla tanış ola bilərsiniz və ya danışıqlar nəticəsində yeni uğurlu tərəfdaşlıq yarana bilər. Digər tərəfdən kimsə sizin işinizə qarışa bilər. Təmkinli olun və heç kimin sözlərini ürəyinizə yaxın qəbul etməyin. Uğurlu günləriniz 5, 6 iyul, uğursuz gününüz isə 3 iyuldur.
ŞİR bürcü
Həyəcanlı hadisələr sona çatacaq, bir az rahatlaşacaqsınız, amma ətrafda hələ çoxlu yarımçıq qalmış işlər var. Özünüzü ələ alın və bütün işləri sona qədər tamamlayın. Ailədə yaranan məsələləri sülh yolu ilə həll etməyə çalışın. Kiçik şeylər sizi narahat edə bilər, əsəbiləşməməyə çalışın və anlayın ki, bəzən böyük problemlər kiçik şeylərdən başlayır. Uğurlu günləriniz 6, 9 iyuldur, uğursuz gününüz gözlənilmir.
QIZ bürcü
Qız bürcünün nümayəndələri, bu həftə sağlamlığınıza fikir verməlisiniz. Həmçinin maliyyə məsələlərində diqqətli olun və imkanınızdan artıq pul xərcləməyin. Həftəsonu yaxınlarınızla münasibətlər stresli ola bilər, buna görə də səbirli və anlayışlı olmağa çalışın. Özünüzü inkişaf etdirmək üçün yeni imkanlar sizi gözləyir, şansınızı qaçırmayın. Uğurlu günləriniz 8, 9 iyul, uğursuz gününüz isə 5 iyuldur.
TƏRƏZİ bürcü
Bu həftə heç bir xüsusi hadisə baş verməsə də, təəssüratlarınız olduqca xoş olacaq. Bu, ən çox son vaxtlar sabitliyi olmayan Tərəziləri sevindirəcək. Cari həftə həm də oxumaq, işləmək üçün əlverişlidir. Peşəkar sahədə uğurlar sizə gülümsəyəcək, nüfuz yavaş-yavaş, lakin dayanmadan artacaq.
Uğurlu günləriniz 4, 5 iyul, uğursuz gününüz isə 7 iyuldur.
ƏQRƏB bürcü
Bu həftə fortuna mütləq sizin üzünüzə gülümsəyəcək. Çərşənbə axşamından etibarən aktivliyin sürətli yüksəlişi müşahidə ediləcək. İşinizlə bağlı tapşırıqlar, xüsusən də karyera məsələləri çox uğurlu olacaq. Köhnə dostları düşünün, dostluq münasibətlərinin yenilənməsi sizin üçün çox faydalı olacaq. Həftənin sonunda gözlənilməyən böyük qazanc əldə edəcəksiniz. Uğurlu günləriniz 4, 7 iyul, uğursuz gününüz isə 5 iyuldur.
OXATAN bürcü
Qarşıdakı həftə olduqca qeyri-adi keçəcək. Çox güman ki, gərgin anlardan qaça bilməyəcəksiniz, lakin vəziyyətin öhdəsindən necə gələcəyinizi tez başa düşəcəksiniz. Nə olursa olsun, soyuqqanlılığınızı qoruyacaqsınız. Bu da ətrafınızdakıları heyran edəcək. Əvvəllər yola getmədiyiniz insanlar sizinlə dostluq etməyə çalışacaqlar. Uğurlu günləriniz 6, 8 iyuldur, uğursuz gününüz gözlənilmir.
OĞLAQ bürcü
Son günlər çox pul xərcləyirsiniz, israfçılığa “stop” demək, qənaətə start vermək vaxtıdır. Əks-halda maddi sıxıntı ilə üzləşə bilərsiniz. Çərşənbə günü dostlarınızla kiçik münaqişə yaşana bilər: diliniz sizin bəlanızdır. Şənbə günü qonağınız çox olacaq: onlara yaxşı qulluq edin, çünki özləri ilə çoxlu hədiyyələr gətirəcəklər.Bazar günü romantik axşama hazırlaşın: sevgiliniz və ya gizli pərəstişkarınız sizə sürpriz edəcək. Uğurlu günləriniz 4, 7 iyul, uğursuz gününüz isə 2 iyuldur.
DOLÇA bürcü
İşinizdə çoxlu təxirəsalınmaz və vacib məsələlər yığılıb, onları həll edəndən sonra sizi xoş bonuslar gözləyir. Çərşənbə axşamından həyatınıza fırtına daxil olacaq və planlarınızı qarmaqarışıq edəcək. Lakin qorxmayın, fırtına özü ilə daha çox uğur gətirəcək. Əlinizə külli miqdarda pul gələcək, borc istəyənlər üstünüzə tökülüşəcəklər. Həftənin sonunda başınız saçyolma, əlbəyaxa davaya qarışacaq, sonda isə hamını yerə yıxıb, taxta oturacaqsınız. Uğurlu günləriniz 3, 5 iyul, uğursuz gününüz isə 6 iyuldur.
BALIQLAR bürcü
Bu həftə Balıqları sakit günlər gözləmir: bütün həftə qaçaqaçda olacaqsınız. Qorxmayın, çünki sonu çox gözəl olacaq: pul, sevgi və xoşbəxtlik əldə edəcəksiniz. Sevgi cəbhəsində də qısqanclıq zəminində problem yaşana bilər, amma siz sevdiyiniz insana güvənməyə çalışın. Maliyyə cəhətdən problemlər yaşanmayacaq: cibiniz pulla dolu olacaq. Sağlamlığınıza fikir verin, əks-halda immunitetiniz zəifləyə bilər. Uğurlu günləriniz 8, 9 iyul, uğursuz gününüz isə 4 iyuldur.