QOÇ bürcü
Qoçlar üçün həftə müsbət başlayacaq, çoxlu xoşbəxt anlar olacaq. Bu vaxtı boş yerə sərf etməyin: heç nəyi sonraya qoymayın. Həftənin ortasında əhvali-ruhiyyəniz daha da qalxacaq: çoxdandır gözlədiyiniz xəbəri alacaqsınız. Şəxsi həyatınıza fırtına daxil olacaq: münasibətlərdə çətin anlar yaşana bilər. Çoxlu pul qazanmaq istəyirsinizsə, kiçik biznesə başlayın: uğur sizin tərəfinizdə olacaq. Uğurlu günləriniz 5, 6 fevral, uğursuz gününüz isə 11 fevraldır.
BUĞA bürcü
Buğalar, bu həftə yaxınlarınızın dəstəyinə ehtiyacınız olacaq: onlardan üz döndərməyin və maksimum qayğı göstərin. Həftə romantik macəra ilə başlayacaq: növbədə sizin yanınızda dayanan, səhvən nömrənizə zəng edən və ya görmədən sizi itələyən insan ikinci yarınız ola bilər. Həftəsonu dostlarınızla gərgin anlar yaşaya bilərsiniz: deyəcəyiniz artıq söz davaya səbəb ola bilər. İsti ölkələrə səyahət etmək fikriniz varsa, düşünmədən gedin: yeni imkanlar, yeni tanışlıqlar həyatınızı dəyişəcək. Uğurlu günləriniz 7, 9 fevral, uğursuz gününüz isə 5 fevraldır.
ƏKİZLƏR bürcü
Əkizlər üçün sevdikləri insanla ünsiyyət gözəl anlar bəxş edəcək. Bunun sayəsində özünüzə daha inamlı olacaqsınız ki, bu da işinizə əhəmiyyətli dərəcədə kömək edəcək. Sağlamlığınız sizi çətin vəziyyətə sala bilər: bol vitamin, isti geyim və idman sizin yardımınıza yetəcək. Uğursuzluqlara üzülməyin: qarşıda sizi əlverişli dəyişikliklər gözləyir. Subay qızlar, diqqətli olun, sizi qaçıra bilərlər: bəlkə də bu qaçırılma ürəyinizcə olacaq. Uğurlu günləriniz 10, 11 fevral, uğursuz gününüz isə 8 fevraldır.
XƏRÇƏNG bürcü
Xərçənglər sevgidə şanslı olacaqlar: kimi nişanlanacaq, kiminin qarşısına ikinci yarısı çıxacaq. Qapınıza borc istəyənlər gələcək: pul versəniz, çətinliklə geri alacaqsınız. Həftənin ikinci yarısı ən uğurlu olacaq, buna görə də səbirli olun. Çoxdan gözlənilən təklif alacaqsınız: bu, həyatınız kökündən dəyişə bilər. Həftə uzun müddətdir sizi narahat edən məsələlərin uğurlu həlli ilə sonlanacaq. Xərçənglər, yeni gəlir mənbələri ola bilər: təklifləri nəzərdən keçirin və risk etməkdən qorxmayın. Uğurlu günləriniz 9, 10 fevral, uğursuz gününüz isə 6 fevraldır.
ŞİR bürcü
Şirlər üçün bu həftə işlər istənildiyi kimi getməyə bilər, amma təslim olmayın: unutmayın ki, həyat ağ-qara zolaqlara bənzəyir. Cibgirlərdən ehtiyatlı olun: ümumiyyətlə, bu günlərdə oğrular sizi təqib edəcəklər. Şirin böyük planları var, lakin bunun üçün hazırda kifayət qədər pul yoxdur. Bir az səbirli olun: lazımi vəsait düşündüyünüzdən daha tez tapılacaq. Həftəsonu nəzərəçarpacaq dərəcədə güc artımı hiss edəcəksiniz və dağları yerindən tərpətməyə hazır olduğunuzu anlayacaqsınız. Uğurlu günləriniz 5, 11 fevral, uğursuz gününüz isə 7 fevraldır.
QIZ bürcü
Bu həftə səbirli olun: ətrafınızda çox insan sizin əsəbinizə toxunacaq. Bəzi işlər istədiyiniz kimi getməyə bilər: başqalardan kömək istəməkdən çəkinməyin. Mühüm bir işə başlamazdan əvvəl təcrübəli insanlarla məsləhətləşmək daha yaxşıdır. Ümumiyyətlə, bu günlərdə başqalarına daha çox qulaq asın. Sevgiliniz diqqət tələb edəcək və siz onu yaxşı hədiyyə ilə sevindirməlisiniz. Tezliklə qonşularınızla münasibətlərdə maraqlarınızı müdafiə etməli ola bilərsiniz: çalışın, davadan qaçın. Uğurlu günləriniz 8, 9 fevral, uğursuz gününüz isə 5 fevraldır.
TƏRƏZİ bürcü
Tərəzini romantik görüşlər gözləyir: sevgiliniz sizə çoxlu sürprizlər hazırlayıb. Subaylar, həyatınıza “oğru” girəcək və ürəyinizi aparacaq. Qohumlar sizi ziyarətə dəvət edəcəklər və birdən köhnə tanışlar peyda olacaqlar: onlardan maraqlı və gəlirli təkliflər gələ bilər. Dostunuz sizdən illərdir gizlətdiyi sirri açacaq: bu xəbər sizi şoka sala bilər. Bazar günü həyatınıza yeni nəfəs gələcək: dəyişim sizin üçün düşərli olacaq. Uğurlu günləriniz 10, 11 fevral, uğursuz gününüz isə 9 fevraldır.
ƏQRƏB bürcü
Əqrəb bu həftə heç nədən narahat olmayacaq: bütün kiçik hədəflər asanlıqla, sanki sehrlə gerçəkləşəcək. Həyatınızda sizi idarə edən, sizdən istifadə edən insan var: ondan tezliklə qurtulmasanız, problemlər yaşayacaqsınız. Ehtiraslı Əqrəb ətrafına pərəstişkarları toplayacaq: komplimentlər, təkliflər və hədiyyələr bol olacaq. Həftəsonu səs-küylü yerlərdən uzaq durun: sakit bir yerdə istirahət etsəniz, çoxlu enerji yığacaqsınız. Uğurlu günləriniz 6, 7 fevral, uğursuz gününüz isə 5 fevraldır.
OXATAN bürcü
Son vaxtlar Oxatana qarşı haqsızlıqlar edilir: bu həftə siz onlara “buynuzlarınızı” göstərməlisiniz, əks-halda “başınızda oturacaqlar”. Rəhbərlikdən karyera yüksəlişi və ya maaş artımı tələb etmək vaxtıdır: gecə-gündüz işləyən siz, qəpik-quruş alan siz, lakin şöhrətə başqaları çatır. Yaxın bir insan vampir kimi sizin enerjinizi sovurur: bəlkə də artıq ondan asılısınız. Bu insanı tapın və həyatınızdan çıxarın, yoxsa sonu xoş olmayacaq. Uğurlu günləriniz 5, 10 fevral, uğursuz gününüz isə 7 fevraldır.
OĞLAQ bürcü
Bu həftə Oğlaqlara maliyyə sektoru ilə bağlı hər hansı bir işdə riskli addımlar atmaqdan çəkinmək tövsiyə olunur. Tez varlanmaq istəyiniz, tamahınız sizi tələyə sala bilər. Axır ki, həyatınızda sizi başa düşən ruh yoldaşınızı tapacaqsınız: bu sevgi əbədi olacaq və çox xoşbəxt olacaqsınız. Həftəsonu Buğa, Əkizlər və Şir bürclərinin nümayəndələrindən özünüzü qoruyun: bu insanlar sizə problemlər yarada bilərlər. Uğurlu günləriniz 7, 8 fevral, uğursuz gününüz isə 9 fevraldır.
DOLÇA bürcü
Bu həftə ətrafda hər şey qaydasında olsa da, müəyyən fikirlər sizi dinc buraxmayacaq. Lakin həftəsonuna qədər tamamilə rahat olmağa çalışın. Bazar ertəsindən cümə axşamına kimi olan günlər mürəkkəb problemlərin həlli, işgüzar səfərlər, vacib görüşlər və mühüm danışıqlar üçün əlverişlidir. Sevgi cəbhəsində problemlər ola bilər: sevgilinizə qarşı soyuq davranış gec-tez davaya gətirib çıxaracaq. Uğurlu günləriniz 8, 10 fevral, uğursuz gününüz isə 6 fevraldır.
BALIQLAR bürcü
Bu həftə, xüsusən də həftənin ortalarında həddindən artıq həssas ola bilərsiniz: kiçik problemlər belə sizi ciddi şəkildə narahat edə bilər. Ulduzlar hər şeyi ürəyə salmamağı və mənfi emosiyaları cilovlamağa çalışmağı tövsiyə edir. Həftəsonu bütün problemlərdən azad olacaqsınız: bəxtiniz açılacaq və görmək istədiyiniz hər bir iş yağ kimi gedəcək. Münasibətdə olan Balıqlar xoş xəbər eşidəcək: bu xəbəri siz heç gözləmirdiniz. Uğurlu günləriniz 5, 8 fevral, uğursuz gününüz isə 9 fevraldır.