Binəqədi rayonunda güclü külək reklam lövhəsini aşırıb. Bu haqda bu gün Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Gecə saatlarından başlayan güclü külək 8-ci mikrorayon ərazisində quraşdırılan reklam lövhəsini aşırıb. Hadisə nəticəsində lövhənin dirəyi qırılıb və ağacların budaqları sınıb.
Dəmir konstruksiya avtomobillərin üzərinə deyil, yola düşüb və zərərçəkən olmayıb.
[caption id="attachment_125342" align="alignnone" width="590"]
Paytaxtda nəhəng reklam lövhəsi aşıb[/caption]
[caption id="attachment_125341" align="alignnone" width="590"]
Paytaxtda nəhəng reklam lövhəsi aşıb[/caption]