top
Həftəlik bürclər 12 İYUN- 18 İYUN
11 iyun 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 12 İYUN- 18 İYUN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə həmkarların sizə münasibətdə məsuliyyətsizliyi nəticəsində planlarınız dəyişə bilər: bu halda növbəti addımlarınızı gizli saxlayın. Başqalarının vədləri, çox güman ki, yerinə yetirilməyəcək. İş axtaranların bəxti gətirəcək: CV-lərinizi böyük şirkətlərə göndərin. Həftəsonu müsbət emosiyalar gətirəcək: illərdir görmədiyiniz bir insanla xoş gün keçirəcəksiniz. Uğurlu günləriniz 16, 17 iyun, uğursuz gününüz isə 14 iyundur.

BUĞA bürcü


Bu həftə iki mühüm seçim arasında qalacaqsınız. İntuisiyanıza güvənin, o sizə düzgün yolu göstərəcək. Vacib bir işdə uğur qazana biləcəksiniz: sizə maneə yarada bilərlər, lakin heç kimin sözünə inanmayın və bildiyinizi edin. Şəxsi həyatınızda aktual məsələləri təxirə salın, çünki hər şey sizin istədiyiniz kimi getməyə bilər. Həftəsonu çoxdan gözlədiyiniz bir xəbəri alacaqsınız; əziyyətinizin bəhrəsini görəcəksiniz. Uğurlu günləriniz 12, 18 iyun, uğursuz gününüz isə 15 iyundur.

ƏKİZLƏR bürcü


Olduqca sakit bir həftə keçirəcəksiniz. Qısa bir səfərə hazır olun: bu səfərdən tək qayıtmayacaqsınız, bəlkə də bəxtiniz açılacaq. Balışınızın altında gizlətdiyiniz pulları çıxarmaq vaxtıdır: biznesə qoyduğunuz pulların qat-qat artığını çıxaracaqsınız. Həftəsonu bütün işləri təxirə salmalı, təbiət qoynunda istirahət etməlisiniz: qarşıda ağır iş günləri olacaq. Uğurlu günləriniz 14, 17 iyun, uğursuz gününüz isə 12 iyundur.

XƏRÇƏNG bürcü


Natiqliyiniz mühüm mübahisədə kömək edəcək və işinizdə planlarınızın uğurla həyata keçməsi üçün ilkin zəmin yaradacaq: maddi qazanc da istisna edilmir. Sevdiyiniz insanla mübahisə baş verə bilər: vəziyyəti həll etmək üçün səbir və dözümlülük tələb olunacaq. Subaylar uzun müddətdir axtardığı insanı tapacaqlar: gözəl günlər qarşıdadır. Uğurlu günləriniz 12, 13 iyun, uğursuz gününüz isə 18 iyundur.

ŞİR bürcü


Çox güman ki, bir hadisə sizin üçün taleyüklü olacaq, gələcək planlarınız və yaxınlarınızla münasibətlər bundan asılı olacaq. Əsas odur ki, hər bir yeniliyə hazır olasınız. Həftənin sonunda elementar arifmetik səhv nəticəsində maliyyə itkiləri istisna edilmir, ona görə də hesablamalarınızda diqqətli olun. Bu həftənin günlərindən biri taleyinizdə dönüş nöqtəsi olacaq. lakin bunun sizə sevinc və ya kədər gətirəcəyini söyləmək çətindir. Uğurlu günləriniz 17, 18 iyun, uğursuz gününüz isə 14 iyundur.

QIZ bürcü


Keçmiş sizi buraxmır: siz daim son hadisələrə qayıdırsınız və onların gizli mənasını anlamağa çalışırsınız. Çətinliklər varsa, onları həll edin, yoxsa gələcəkdə ciddi problemlərlə üzləşəcəksiniz. Sizi sevən birinin gözlənilməz bir addımı mümkündür: bu, çox güman ki, sizi sevindirəcək. Çoxlu arzularınız və ideyalarınız var, ancaq anlamaq lazımdır ki, onların hamısını həyata keçirə bilməyəcəksiniz, ona görə də diqqətinizi bir istiqamətdə cəmləməli və ona doğru getməlisiniz. Uğurlu günləriniz 13, 15 iyun, uğursuz gününüz isə 12 iyundur.

TƏRƏZİ bürcü


Yaxınlarınızla kiçik mübahisələr arzuolunmaz nəticələrə səbəb ola bilər. Əgər kiminsə qarşısında günahkarsınızsa, bağışlanmağınızı diləyin: bu halda qürür sizə qarşı olacaq. Pəhrizinizə diqqət yetirin: həddindən artıq yeməyin və spirtli içkilərdən tamamilə imtina edin, əks halda sağlamlığınıza ziyan dəyəcək. İşgüzar fəaliyyətinizə görə cazibədar biznes təklifi almaq mümkündür; bu şansı əldən buraxmayın. Uğurlu günləriniz 16, 18 iyun, uğursuz gününüz isə 14 iyundur.

ƏQRƏB bürcü


Yetərincə yatmamağınız iş saatlarında gərəksiz səhvlərə gətirib çıxaracaq: bu isə karyeranıza ciddi zərbə vura bilər. Ümumiyyətlə, bu dövrdə sağlamlığınıza fikir verin: bol vitamin gəbul edib, çoxlu istirahət edin. Əsassız qısqanclıq səbəbindən şəxsi həyatda anlaşılmazlıqlar istisna edilmir: münasibətdə problemlər varsa, çəkinmədən ikinci yarınızla bu barədə söhbət edin. Həyatınıza fırtına daxil olacaq, lakin qorxmayın, dəyişikliklər həyatınızı xoş istiqamətə döndərəcək. Uğurlu günləriniz 13, 16 iyun, uğursuz gününüz isə 17 iyundur.

OXATAN bürcü


Bu dövrdə ciddi qərar verərkən başqasının fikrinə etibar etməyin, çünki onlar yanıla bilərlər: özünüzün qərar verməyiniz daha yaxşıdır. Müttəfiq hesab etmədiyiniz həmkarlarınızdan gözlənilməz dəstək ala bilərsiniz. Həftəiçi sizi sınaq müddəti gözləyir: işdə bəzi nöqsanlar, səhv hesablamalar ola bilər. Dostlarla və yaxınlarınızla görüşlər üçün əlverişli zamandır. Uğurlu günləriniz 12, 14 iyun, uğursuz gününüz isə 15 iyundur.

OĞLAQ bürcü


Bu həftə baş verəcək hadisələr sizə rahatlıq hissi bəxş edəcək. Evinizə yenidən sevgi və əmin-amanlıq daxil olacaq və pis əhvali-ruhiyyə sizi tərk edəcək. Başqalarının məsləhətlərinə qulaq asmayın: çox güman ki, sizi sevməyən, amma bunu büruzə verməyən bir adam sizə zərər verməyə çalışacaq. Sevdiyiniz insanla mübahisə edə bilərsiniz: səbəb sizin soyuq davranışınızdır. Uğurlu günləriniz 17, 18 iyun, uğursuz gününüz isə 13 iyundur.

DOLÇA bürcü


Bu həftə yaxınlarınız və həmkarlarınızla ünsiyyət çətin olsa da, həftənin sonuna qədər hər şeyi düzəldə biləcəksiniz. Təxribatlara boyun əyməyin, özünüzə sadiq qalın. Xəyalınızın gerçəkləşməsi mümkündür: qarşınıza sizin arzularınızı çin edəcək bir insan çıxa bilər. Şir, Oxatan və Buğadan zərbə gözləyin: bu bürclərdən olan insanları həyatınıza buraxmağınız və sirləri onlara deməyiniz sizin əleyhinizə olacaq. Maddi durumunuzda xoş dəyişikliklər olacaq. Uğurlu günləriniz 14, 15 iyun, uğursuz gününüz isə 12 iyundur.

BALIQLAR bürcü


Məqsədinizi müəyyənləşdirməyin vaxtı gəlib: həmkarlarınızın və dostların məsləhəti bu işdə sizə kömək edəcək. Düşünülməmiş xərclərdən imtina edin, qənaət etməyə başlayın. Həyatınızda yaranmış vəziyyət sizdən nəzakətli olmağı tələb edəcək: deyilən artıq söz şəxsi münasibətləri param-parça edə bilər. Subay Balıqlar, münasibətə girməyə hazır olun, lakin ilk növbədə ikinci yarınızı yoxlayın, keçmişdə həll olunmayan məsələlər sizin xoşbəxtliyinizə mane ola bilər. Uğurlu günləriniz 13, 18 iyun, uğursuz gününüz isə 14 iyundur.

Son xəbərlər

Xəbər
Dünən, 17:05

Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq

Xəbər
Dünən, 16:20

Bakıda yeni mikrorayon salına bilər

Xəbər
Dünən, 15:55

General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Xəbər
Dünən, 14:44

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan"

Xəbər
Dünən, 13:55

Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən Pakistan vətəndaşı tutuldu

Aktual Xəbərlər
Dünən, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Dünən, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Dünən, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Dünən, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Xəbər
Dünən, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Dünən, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
19 oktyabr 2026, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
19 oktyabr 2026, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
19 oktyabr 2026, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
19 oktyabr 2026, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
19 oktyabr 2026, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
19 oktyabr 2026, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
19 oktyabr 2026, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
19 oktyabr 2026, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
19 oktyabr 2026, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
19 oktyabr 2026, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
19 oktyabr 2026, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
19 oktyabr 2026, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Oxşar xəbərlər