top
Həftəlik bürclər 31 İYUL - 6 AVQUST
30 iyul 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 31 İYUL - 6 AVQUST

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Qoçlar, hazırlaşın: bu həftə çoxdandır qurduğunuz planı həyata gerçəkləşdirə biləcəksiniz. Həftənin ikinci yarısında sizi xoş xəbərlər gözləyir: ən əsası, bəzi xırda şeylərlə öz əhvalınızı korlamayın. Münasibətdə olanlar, səbirli olmalısınız: sevgiliniz sizi boş şeylər üstündə qısqanacaq və bütün kefinizə soğan doğrayacaq. Ola bilsin, belə toksik münasibətdən bezib sevgiyə “son deyəcəksiniz”. Uğurlu günləriniz 31 iyul, 2 avqust, uğursuz gününüz isə 5 avqustdur.

BUĞA bürcü


Nəhayət, sizi narahat edən mühüm məsələni həll edə biləcəksiniz: siz o qədər uzun müddət bu mövzunun ətrafında gəzirsiniz ki, artıq bu məsələyə son qoymaq vaxtıdır. Sizcə, həyat tərzinizi dəyişməyin vaxtı deyilmi? Həyatdan əlinizi üzmüş kimisiniz, lakin bu həftə hər şey dəyişəcək: qara buludlar çəkiləcək, həyatınıza günəş saçacaq. Heç vaxt cəsarət etmədiyiniz bir şeyi etməyə çalışın: nəticə sizi müsbət mənada təəccübləndirəcək. Uğurlu günləriniz 1, 5 avqust, uğursuz gününüz isə 31 iyuldır.

ƏKİZLƏR bürcü


Əkizlər, sosiallaşmaq, zənglərə və mesajlara cavab vermək vaxtıdır: bu gedişlə ən yaxın dostlarınızı itirəcəksiniz, çünki onlara sizə kömək etmək şansı vermirsiniz. Ümumiyyətlə, sizdən xoşu gələn, münasibətə girmək istəyən bir çox insan var, lakin ürəyinizi onlara açmağa cəsarət etmirsiniz. Ola bilsin ki, işdə qalacaqsınız və daha çox çalışacaqsınız, amma gözlənilməz maliyyə gəliri xoş təsəlli olacaq. Həftənin ikinci yarısı cansıxıcı olmayacaq: hadisələr inanılmaz sürətlə cərəyan edəcək. Uğurlu günləriniz 3, 5 avqust, uğursuz gününüz isə 6 avqustdur.

XƏRÇƏNG bürcü


Xərçəng üçün ulduzlar uzun müddət çalışdıqları və çox vaxt nəticəsiz olduqları işlərdə uğur və irəliləyiş vəd edir. Şəxsi münasibətlərdə problemlər yarana bilər: sevdiyiniz insana həddindən artıq iddialar ailə bağlarını zəiflədə bilər. Rəqiblərlə mübarizə aparacaqsınız, dedi-qodu və şayiələrlə əhatə olunacaqsınız. Öz gücünüzü yeni sahələrdə sınamaq imkanı əldə edəcəksiniz: tənbəl olmasanız, böyük gəlir əldə edəcəksiniz. Uğurlu günləriniz 31 iyul, 6 avqust, uğursuz gününüz isə 2 avqustdur.

ŞİR bürcü


Bu həftə maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır: bəxt sizin tərəfinizdə olacaq, bir az da risk edə bilərsiniz. Amma borc götürmək fikriniz olsa, bilin ki, qaytarmaq çətin olacaq və vəziyyətiniz daha da pisləşəcək. Həftənin ikinci yarısında hər şey planlaşdırdığınız kimi getməyə bilər, ancaq bazar günü uğur sizin üzünüzə güləcək. Bu dövr soyumuş münasibətlərin canlanmasına çalışmalısınız: uzatsanız, sevdiyiniz insanı birdəfəlik itirəcəksiniz. Uğurlu günləriniz 1, 2 avqust, uğursuz gününüz isə 3 avqustdur.

QIZ bürcü


Bu həftə bəxt sizi taqib edəcək, ən əsas da yeni işə düzəlmək istəyənləri. Sevdiyiniz və ya bəyəndiyiniz bir insan varsa, mütləq ona ürəyinizi açın və ya evlənmək təklifi edin: siz “yox” cavabı almayacaqsınız. Qız bürcün subay nümayəndələri, diqqətli olun: həyatınıza fırtına daxil olacaq. Qarşınıza dəlisov biri çıxacaq: həyatınıza maraq qatacaq o insan sizin həyat yoldaşınız olacaq. İşlə bağlı planlarınızı heç kimə deməyin: rəqiblər yatmır, biznesiniz təhlükə altında ola bilər. Uğurlu günləriniz 3, 4 avqust, uğursuz gününüz isə 1 avqustdur.

TƏRƏZİ bürcü


Həftənin əvvəli sizin üçün uğursuz ola bilər, ona görə də istər işgüzar, istərsə də şəxsi danışıqları təxirə salın. İndi sizin üçün daha yaxşı olar ki, rəhbərliyin gözünə düşməyəsiniz: ya sizi işlə yükləyəcəklər, ya da nə vaxtsa buraxdığınız səhviniz yada düşəcək və buna görə danlanacaqsınız. Sağlamlığınıza zərər verən vərdişlərdən uzaq dursanız, yaxşı olar: gələcəkdə fəsadları çox ağır ola bilər. Uğurlu günləriniz 5, 6 avqust, uğursuz gününüz isə 3 avqustdur.

ƏQRƏB bürcü


Bu həftə məsuliyyət tələb edən işləri öz üzərinizə götürməyin: əlinizi nəyə atsanız, alınmayacaq. Uğursuz günlər çərşənbəyə kimi davam edəcək, lakin sonrakı günlər çox uğurlu və parlaq keçəcək. Sizi gözü götürməyənlərin sayı dostlarınızdan çoxdur: üzünüzə gülürlər, “can qardaş, bacı” deyirlər, amma arxanızca işlər çevirirlər. Subay qızlar, bəxtiniz açılır: tale sizin qarşınıza yaraşıqlı, ağıllı-kamallı, idmançı, yaxşı işi olan, əsas da bacıları olmayan birini çıxaracaq. Qızlar, hamı sizə bəxtəvərlik oxuyacaq, paxılların ürəyi partlayacaq. Uğurlu günləriniz 3, 6 avqust, uğursuz gününüz isə 1 avqustdur.

OXATAN bürcü


Evdə qalıb, qızıla dönən qızlar, qapınızda elçiləri gözləyin: axır ki, ər çörəyi yeməyin nə olduğunu biləcəksiniz. Zarafat bir yana, amma sizi qarşıda xoşbəxt günlər gözləyir. Subay oğlanlar isə diqqətli olmalıdırlar: qızların gözəlliyinə aldanmayın, bu həftə onlar mehribanlıq edib ciblərinizi boşaldacaqlar. Həftənin sonunda karyera yüksəlişi ilə bağlı və ya maaşınızın artımı ilə bağlı xəbər ala bilərsiniz. Yayın dadını hələ də çıxara bilməyənlər avqust ayında səyahətə çıxacaqlar və orada gələcəyə təsir edəcək yeni tanışlıqlar əldə edəcəklər. Uğurlu günləriniz 31 iyul, 3 avqust, uğursuz gününüz isə 5 avqustdur.

OĞLAQ bürcü


Bu bürcün nümayəndələri, elə bil ki, işləmək, karyera qurmaq və çoxlu pul qazanmaq üçün yaranıblar. Amma şəxsi həyata gəlincə onların vaxtı olmur: Stop! Yetər artıq. Bu həftə siz mütləq bir nəfərlə tanış olmalısınız: ürəyinizin qapısını açın. Əks halda yaş üstünə yaş gələcək və sonda qocalıb tənha qalacaqsınız. Həftəsonu gəlirli iş təklifi ala bilərsiniz: təklif, hətta xaricdən ola bilər. Dostlarınızdan xoş xəbər gözləyin: bəlkə də xaricə səyahət etdiniz. Uğurlu günləriniz 31 iyul, 6 avqust, uğursuz gününüz isə 2 avqustdur.

DOLÇA bürcü


Bu həftə şəxsi həyatınızda yarana biləcək çətinliklər işinizə təsir edəcək. İş yerində eşqbazlıq etməyin və ya münasibətlər qurmayın, çünki bu, gözlədiyiniz nəticəni verməyəcək. Heç bir and və söz verməyin, çünki, demək olar ki, heç bir şeyi yerinə yetirə bilməyəcəksiniz. Məkrli niyyətin qurbanı olmamaq üçün tanımadığınız insanlarla ehtiyatlı olmaq lazımdır: pulunuzu qoruyun. Həftəsonu xoş hadisələr baş tutacaq: həyatınız əhəmiyyətli dərəcədə dəyişəcək. Uğurlu günləriniz 3, 5 avqust, uğursuz gününüz isə 1 avqustdur.

BALIQLAR bürcü


İndi həyatınızı alt-üst edəcək möhtəşəm hadisələrin baş verməsi ehtimalı azdır, amma müsbət irəliləyişlər olacaq. Xüsusilə ünsiyyət və razılaşmalarla bağlı məsələlərdə uğur qazana bilərsiniz. Borclarınız varsa, tez qaytarmağa çalışın, əks halda başınız problemlərə qarışacaq. Bu həftə sevdiyiniz insanla dava etməkdən, münasibətlərə aydınlıq gətirməkdən çəkinin: bu, xoş hadisələrlə sonlanmayacaq. Uğurlu günləriniz 4, 5 avqust, uğursuz gününüz isə 6 avqustdur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Bu gün, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Bu gün, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Bu gün, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Xəbər
Bu gün, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Oxşar xəbərlər