top
Həftəlik bürclər 8 İYUL - 14 İYUL
07 iyul 2024, 10:00
- +

Həftəlik bürclər 8 İYUL - 14 İYUL

QOÇ bürcü


Bu həftə Qoçlar üçün gözlənilməz görüşlər və tanışlıqlar hazırlayır. Böyük ehtimalla keçmişdən olan insanlar həyatınıza daxil olacaq və sizin onların dəstəyinə ehtiyacınız yaranacaq. Bürcün tənha nümayəndələri artıq münasibətə başlamaq fikrinə gəlməlidirlər: bu dövr ən uğurlu hesab olunur. Karyera yüksəlişi gözləyən Qoç, sizi indidən təbrik edirik, ağlınız hesabına buna nail olacaqsınız. Uğurlu günləriniz 9, 11 iyul, uğursuz gününüz isə 13 iyuldur.

BUĞA bürcü


Bu həftə uğur qazanmaq üçün əsl vaxtdır. İşinizdə özünüzü göstərməyə çalışın: sizin əziyyətinizi mütləq dəyərləndirəcəklər. Çalışın, həftənin sonuna kimi müdiriyyətin “gözünə girin”: hamıdan faydalı işləsəniz, karyera yüksəlişi əldə edəcəksiniz. Keçmişdə buraxdığınız səhv sizi izləyəcək: vaxtında düzgün qərar versəniz, problemlərlə üzləşməyəcəksiniz. Münasibətlərdə olan Buğalar əks-cinsə onları sevdiyini bir daha sübut etməlidirlər: aranızda soyuqluq yaranmasına imkan verməyin. Uğurlu günləriniz 10, 14 iyul, uğursuz gününüz isə 8 iyuldur.

ƏKİZLƏR bürcü


Bu həftə məsuliyyətli və diqqətli olun: kiçik bir səhv sizə böyük problemlər yaşada bilər. Sizi həftəiçi dostlarınızla və ya sevgilinizlə kiçik səyahət gözləyir: mütləq gedin, orada yeni tanışlıqlar əldə edəcəksiniz. Ulduzlar sizə pul qazanmaq üçün imkan yaradıb: fərasətli olsanız, həftəsonu cekpotu qoparacaqsınız. Bürcün tənha nümayəndələrinin bəxti gətirməyəcək: bu həftə Kupidon sevgi oxunu sizin tərəfə atmayacaq. Uğurlu günləriniz 8, 9 iyul, uğursuz gününüz isə 11 iyuldur.

XƏRÇƏNG bürcü


Xərçəngin bu həftə əl atacağı hər bir iş uğurla sonlanacaq. Qərarsızlıq, özünə inamsızlıq, şübhə və tərəddüd səbəbindən perspektivli imkanları itirə bilərsiniz. Rəqiblərinizə zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Unutmayın ki, siz Xərçəngsiniz və sizin üçün “mümkünsüz iş” anlamı yoxdur. Bürcün işsiz nümayəndələri evdə oturub kimdənsə kömək gözləməməlidirlər: ağıllısınız, kreativsiniz, amma beyninizi 100% işlətmək istəmirsiniz. İşlətsəniz, bəlkə də, ən varlı biri olarsınız. Uğurlu günləriniz 12, 14 iyul, uğursuz gününüz isə 13 iyuldur.

ŞİR bürcü


Çoxdandır qurduğunuz planların həyata keçməsində gecikmələr ola bilər, lakin bu, yaxşı xəbərdir, əsas odur ki, işləriniz gözəl bitəcək. Bu dövrdə tələsik qərarlar verməyin və iki işdən birdən yapışmayın, yoxsa Əli aşından da olacaqsınız, Vəli aşından da. Şir gözlənilməz qərarlar qəbul edəcək: bu, iş dəyişmək, səyahətə çıxmaq, ölkəni tərk etmək, hətta münasibətə son qoymaq ola bilər. Bu dövr çox qarma-qarışıq olacaq: hadisələr gözlənilməz şəkildə cərəyan edəcək. Uğurlu günləriniz 13, 14 iyul, uğursuz gününüz isə 9 iyuldur.

QIZ bürcü


Son günlər çox pul xərcləyirsiniz: israfçılığa stop, qənaətə start vermək vaxtıdır. Əks-halda maddi sıxıntı ilə üzləşə bilərsiniz. Ulduzlar büdcənizə, xüsusən də xərclər sütununa yenidən baxış keçirməyi məsləhət görür. Karyera səhəsində mövqeyiniz dəyişəcək: ağır günlər olacaq, lakin sonda bəhrəsini görəcəksiniz. Qarşıdakı dəyişikliklər maliyyə vəziyyətinizə müsbət təsir edəcək. Ancaq dikbaş olmamağa çalışın. Əks halda dostlarla münasibətləri korlaya bilərsiniz. Uğurlu günləriniz 9, 12 iyuldur, uğursuz gününüz gözlənilmir.

TƏRƏZİ bürcü


Sizi emosional “bum” gözləyir. Buna səbəb karyeranızda və ailənizdə baş verəcək hadisələr olacaq. Sevmədiyiniz insanlardan uzaq durmağa çalışın. Əks-təqdirdə nəinki əhvali-ruhiyyənizi korlamaq, həm də böyük bir münaqişənin episentrinə düşmək riskiniz var. Sevgi cəbhəsində də qısqanclıq zəminində problem yaşana bilər: sevdiyiniz insana güvənməyə çalışın. Lakin maliyyə cəhətdən problemlər gözlənilmir: cibiniz pulla dolu olacaq. Uğurlu günləriniz 10, 14 iyul, uğursuz gününüz isə 12 iyuldur.

ƏQRƏB bürcü


İşinizdə çoxlu təxirəsalınmaz və vacib məsələlər yığılıb, onları həll edəndən sonra sizi xoş bonuslar gözləyir. Sağlamlığınıza fikir verin, əks halda immunitetiniz zəifləyə bilər. Böyük bir alış etməzdən əvvəl bütün nüansları nəzərə alın, riskləri hesablayın və maliyyə vəziyyətinizi ayıq şəkildə qiymətləndirin. Ehtiyatsız xərclər sizi maddi çətinliklərə sürükləyə bilər. Sevgi cəbhəsində problemlər yaşanır: bu, əks-cinsin deyil, sizin günahınızdır. Özünüzə güvənmirsiniz, münasibətlərdən çəkinirsiniz: unutmayın ki, sevgidə ilk addımı kim atırsa, o da qazanır. Uğurlu günləriniz 11, 13 iyul, uğursuz gününüz isə 8 iyuldur.

OXATAN bürcü


Həftəsonu sürprizlərlə dolu olacaq: bəlkə, sizin üçün bu ilin ən uğurlu dövrü başlayacaq. İşdə bir çox Oxatanlar liderlik qabiliyyətlərini nümayiş etdirəcək: bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək. Çox güman ki, əlinizə böyük məbləğdə pul gələcək: hər şeyi bir anda xərcləməyin: balışınızın altına bir-iki manat qoyun, gələcəkdə lazım olar. Tənha Oxatanlar, ətrafınıza baxın, bəlkə sizi sevən insan çox yaxındadır?! Diqqətli olmasanız, evdə qalacaqsınız. Dənizə gedənlər, ehtiyatlı olun bu ərəfələrdə su sizin düşməniniz ola bilər. Uğurlu günləriniz 8, 9 iyul, uğursuz gününüz isə 11 iyuldur.

OĞLAQ bürcü


Bu həftə dünya sizin heç vecinizə də olmayacaq: bütün dərdlərdən uzaq olacaqsınız, çoxlu alış-veriş edəcəksiniz, restorana, kluba, çimərliyə gedəcəksiniz – bir sözlə, istirahətin dadını çıxaracaqsız. Maddi vəziyyətiniz xeyli yaxşılaşacaq: kiçik biznes qurmaq üçün əsl vaxtdır. Evlilik təklifi və ya nişan gözlənilir. Lakin sevgilinizə daha çox vaxt ayırmağa çalışın, əks halda gələcəkdə münasibətləriniz soyuya bilər. Uğurlu günləriniz 12, 13 iyul, uğursuz gününüz isə 9 iyuldur.

DOLÇA bürcü


Bu həftəni yalnız özünüzə həsr edin: şopinq, əyləncə, istirahət, dostlarla görüşlərə vaxt ayırın. Həftə ərzində xərcləyəcəyiniz pullar bumeranq kimi sizə ikiqat qayıdacaq. Son vaxtlar hansısa planlar qurursunuzsa, onları həyata keçirməyə başlamağın vaxtıdır: ulduzlar nəticənin sizi sevindirəcəyini və hətta gözləniləndən də yüksək ola biləcəyini vəd edir. Əgər səyləriniz öz bəhrəsini verməyə başlayarsa, deməli hər şey plana uyğun gedir. Uğurlu günləriniz 10, 14 iyul, uğursuz gününüz isə 12 iyuldur.

BALIQLAR bürcü


Bu həftə siz kimin dost, kimin düşmən olduğunu biləcəksiniz. Gözlənilməz hadisələr baş verəcək: düzgün reaksiya versəniz, uğur qazanacaqsınız. Sizi qənaətbəxş iş birliyi gözləyir: risk etməkdən qorxmayın. Pulunuzu düzgün bölüşdürməyə çalışın, yoxsa cibiniz boşalacaq. Bu həftə Balıqların dalınca pərəstişkarlar düşəcəklər. Sizin ürəyinizə yol tapmağa çalışacaqlar: 100 ölçüb bir biçin və ən ideal partnyoru seçin. Paxıllar ətrafınıza doluşacaq və sizə ziyan vurmağa çalışacaqlar, lakin onların Balıqların intiqamından xəbərləri yoxdur. Uğurlu günləriniz 12, 14 iyul, uğursuz gününüz isə 11 iyuldur.

Son xəbərlər

Xəbər
Bu gün, 17:25

Ötən gün 7 qanunsuz tüfəng müsadirə edildi

Xəbər
Bu gün, 16:07

Bakı və Abşeronda dronlarla təlim-məşq uçuşları keçiriləcək - RƏSMİ

Suraxanı
Bu gün, 15:12

Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Nizami
Bu gün, 14:42

Gecə 1-də sevgilisini döydü — Söyüşə görə...

Xəbər
Bu gün, 13:13

Sabah Bakıda 17 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:45

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Xəbər
Bu gün, 10:30

Dostları bayramda Azər Baxşəliyevi andılar

Xəbər
Bu gün, 09:46

Orxan Aslanovun evində yanğın: "Yığdığım hər şey yox oldu"

Xəbər
21 mart 2026, 21:00

23 - 29 mart tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
21 mart 2026, 17:08

"Sürətli yeriməyimə söz dedi" – Sevgilisini döydü

Xəbər
21 mart 2026, 15:24

Anasını kürəyindən bıçaqladı: "Bayrama görə 100 manat pul verəcəkdi, vermədi"

Xəbər
21 mart 2026, 14:01

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
21 mart 2026, 12:08

Azərbaycan ayaqqabı istehsalını 36 % artırıb

Xəbər
21 mart 2026, 10:33

Arvadının başına pult vuran kişiyə 7 ay HƏBS

Xəbər
21 mart 2026, 09:46

Hövsanda bayram yasa çevrildi - Ər müəllimə arvadını öldürdü

Xəbər
20 mart 2026, 21:05

Prezident Novruz bayramı münasibətilə bağlı paylaşım edib

Aktual Xəbərlər
20 mart 2026, 17:10

Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 16:16

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olundu

Xəbər
20 mart 2026, 14:57

Röya Ayxan bayramı qocalar evində keçirdi

Xəbər
20 mart 2026, 12:10

Bakıda sabah hava dumanlı olacaq - PROQNOZ

Xəbər
20 mart 2026, 11:50

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Xəbər
20 mart 2026, 10:29

Bayram namazı qılındı

Xəbər
20 mart 2026, 09:09

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Cəmiyyət
20 mart 2026, 08:45

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 00:05

Bu gün Ramazan bayramıdır

Xəbər
20 mart 2026, 00:01

Novruz bayramınız mübarək!

Xəbər
19 mart 2026, 18:00

Sabah Bakıda yağış yağacaq

Xəbər
19 mart 2026, 17:15

Buzovnada gizlədilən silah tapıldı

Oxşar xəbərlər