top
12 aprel - İlk dəfə insanın kosmosa uçduğu gün
12 aprel 2025, 00:01
- ↺ +

12 aprel - İlk dəfə insanın kosmosa uçduğu gün

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.

Bu günün keçirilməsinə səbəb isə 64 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. "Vostok"  kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov vilayətində yerə enib.

Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya 32 ölkədən 431 kosmonavt uçub. Kosmosda hamıdan çox qalan rusiyalı kosmonavtdır.

Y.Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Yuri Qaqarin Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 19 kosmonavtdan biri idi. Sonradan bu siyahı daha da qısaldılmış, orada yalnız iki nəfərin – Yuri Qaqarin və German Titovun adları qalmışdı.

Bəzi araşdırmaçılar iki nəfərdən Qaqarinin seçilməsinə səbəb kimi onun daha sadə ailədən çıxmasını göstərirlər. Qaqarin fəhlə oğlu idisə, Titovun atası ziyalı idi.

Kosmosa adi fəhlə balası kimi uçan gənc Yerə ən məşhur insan kimi qayıtdı. 14 aprel 1961-ci ildə o, SSRİ-nin ən yüksək təltifinə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Yuri Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub. Onun külü Moskvada Kreml divarında dəfn olunub. Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın rəyinə görə, qəzaya dispetçerin səhvi səbəb olub.

Qeyd edək ki, sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Son xəbərlər

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Oxşar xəbərlər