top
“18 yaşa qədər valideynlərimizin karmasını yaşayırıq” – Numeroloqla ÖZƏL MÜSAHİBƏ
30 yanvar 2025, 07:00
- +

“18 yaşa qədər valideynlərimizin karmasını yaşayırıq” – Numeroloqla ÖZƏL MÜSAHİBƏ

Astrologiya ziddiyyətli suallar doğuran bir sahədir. Yüksələn bürc, Ay bürcü, doğum xəritəsi, 13-cü bürc və astrologiyada yeni ortaya çıxmış başqa suallar bu qeyri-adi dünyanı bir az da sirli və təzadlı edir.

Bu suallara cavab tapmaq üçün Bakuplus.az-ın müxbiri numeroloq, doğum xəritə analizi üzrə mütəxəssis Anjelika Ələkbərlə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Öncə özünüzü oxucularımız üçün təqdim edərdiniz.

- 1990-cı ildə Rostov şəhərində doğulmuşam. 500 nəfərə yaxın şəxsin xəritə analizinə baxmışam. Sıfırdan başlayıb, öz işimi qurdum. Öyrəndim və öz üzərimdə tətbiq etdim. Biliyim əsasında öyrəndim. Qazancımı təlimlərə xərcləməyə başladım.

- Doğum xəritəsinin hesablanması nə üçün lazımdır? Bu hesablanma insan həyatında nə dərəcədə rol oynayır?

- İnsan özünü dərk etməyə başladığı andan “mən kiməm?, mənim missiyam nədən ibarətdir?, “mən bu dünyaya nə üçün gəlmişəm?” sualları ilə qarşı-qarşıya qalır. Bununla da özünü axtarmağa başlayır. Fərqli sahələrdə işləməyə başlayır, müxtəlif istiqamətlərdə kurslara gedir, özünə uyğun məkanı axtarır. Çox pul qazansa, xoşbəxt olacağını düşünür. Amma elə deyil. İnsanlar var ki, çalışdığı sahədə çox pul qazansa da, xoşbəxt deyil. Bunun da əsas səbəbi ətrafda müxtəlif fikirlər, çoxlu sayda reklamlar olmasıdır. İnsan bunları dinlədikcə ruhunun səsini eşidə bilmir.

Xəritə analizi bizim doğum tariximiz əsasında qurulur. Bizə həyatımıza dair bir çox vacib sualların cavabını verir. Axtardığımız sualların cavabını xəritə analizimizdə tapırıq.

Öncə insan şəxsi missiyasını araşdırmalıdır. Daha sonra sosial missiya var. Başqa insanlara nə kimi fayda verəcəyimizi araşdırırıq. Bu missiya bir başa istedadla əlaqəli olur. Yəni həmin xüsusiyyətlərə görə biz insanlarla nələrisə bölüşə bilirik.

- Bəs son dövrlər bir çox adamın inandığı, daha doğrusu, qorxduğu “karma” nədir?

- Bu söz çox yayılıb. Bu barədə bir az araşdırsaq, görərik ki, insanın ruhu dünyaya dəfələrlə gəlir. Fərqli bədənlərdə, fərqli yasamda. “Karma” isə keçmiş həyatımızda etdiyimiz səhvlərin indiki həyatımıza birbaşa təsiridir.

Karma mənfidədirsə, insan iş qura bilmir, enerjisi çox aşağı olur, münasibətdə gərginliklər yaranır. Karma 18 yaşdan insana təsir göstərməyə başlayır. 18 yaşda başlamasının səbəbi isə o vaxta qədər valideynlərimizin karmasının təsirində olmağımızdır. İnsan 33 yaşa qədər karmasını müsbətə qaldırmasa, ondan sonra həyat daha da sıxmağa başlayır. Bu da özünü sağlıqda göstərir.

Karmanı müsbətə qaldırmaq isə etdiyimiz səhvləri aydınlaşdırmaq, onlardan dərs çıxarmaq deməkdir. Bu da doğum xəritəmizin analizi ilə bağlıdır. Rəqəmlər əsasında insanın hansı xüsusiyyətlərinin mənfidə olduğunu bilirik.

- Karma müsbətə qaldırıldıqda nə baş verir?

- Bu zaman insan ruhunu istəyini eşidir. Kainat ona fürsətlər yaradır. Mənfidə olan xüsusiyyətləri dəyişir. Sevgi münasibətləri qaydasına düşür. Çünki insan özü dəyişdikcə, partnyoru da dəyişir.

- Xəritə bizə nə deyir?

- Hər bir insan həyatı boyunca fərqli sınaqlarla qarşılaşır. Bu sınaqların da səbəbi nəticə çıxarmaqdır. Kimisi haqsızlıqla qarşılaşır, kimisi qayınanası ilə yol getmir. Hər şeyin səbəbi və nəticəsi var. Heç bir hadisə boşuna deyil.

Xəritə bizə bu xüsusiyyətləri göstərir və üzərində çalışmalı olduğumuz nüansları deyir. Xəritə bizə bütün döngələrin açıqlamasını verir.

- Astrologiyaya qarşı insanların şübhələri və inancları barədə nə düşünürsünüz?

- Hazırda insanlarda böyük oyanış gedir. İstəyirlər ki, həyatlarını müsbət yöndə dəyişdirsinlər. Hələ də yatan, dünyanın bir çox sirlərinə inanmayanlar isə numerologiyaya, doğum xəritəsinin analizinə fal kimi yanaşır. Deyirlər ki, eyni tarixdə doğulan insanların taleləri eynidir. Əslində, belə deyil. Gedilən yol eyni ola bilər, amma fərqli mühitlərdə böyüyür.

- Heç eyni tarixlərdə doğulan insanların doğum xəritəsinə baxmısınız?

- Yay ayları idi. Bir xanım pul-karyera analizi istəmişdi. Fizika müəlliməsi kimi çalışdığını və işdə heç xoşbəxt olmadığını deyirdi. Bununla bərabər Türkiyədə yaşayan model bir xanım da müraciət etmişdi. Maraqlısı isə hər iki xanımın eyni ildə, eyni ayda və eyni gündə doğulması idi. Hər şeyin eyni olmasına baxmayaraq taleləri çox fərqli idi. Biri ailə qurub, müəllimə kimi işləyir, xoşbəxt deyil. Digəri öz karyerasında irəliləyən, uğurlu bir xanım, amma münasibətlərində uğursuzluq yaşayır. Hər iki xanımın güclü tərəfi isə səsləri idi. Eyni gündə doğulub, fərqli talelər yaşayırlar.

- Astrologiyanın bugünkü dünyada populyarlığı artıb. Bu tendensiyanın səbəbləri nədir?

- Tək səbəbi oyanış yaşayan insanların həyatını dəyişdirməsi ilə bağlıdır. Təkrarlanan həyatı yaşamaq istəmir. Bu istiqaməti araşdırdığı üçün bilir ki, asanlıqla uğura doğru irəliləyə bilər. Asanlıqla sevdiyi, ona qazanc gətirən işdə çalışma ehtimalı çoxdur. Karmanı 3-4 ay ərzində müsbətə çıxarmaq olar.

- Doğum xəritəsi ilə yalnız şəxsi xarakter və həyat yolu analiz edilir, yoxsa cəmiyyətlə bağlı daha geniş proqnozlar da verə bilərsiniz?

- Numerologiya əsasında cəmiyyətlə bağlı geniş proqnozlar vermək mümkündür. Sadəcə daha dərin analiz tələb olunur. Mən bu istiqamətdə məşğul olmuram və bunun da özümə xas əsas səbəbi var.

- 2025 hansı enerji altındadır?

- Yeni qədəm qoyduğumuz 2025-ci il 9 enerji altındadır. 2025 təmizlənmə ili adlandırılır. Bu il ərzində insanların əhatəsində olmaq, kütlə içərisinə çıxmaq, lazımsız olan əşyalar, ruhunuza yaxın olmayan insanlarla vidalaşmağınız yaxşı olardı. Keçmişə bağlı qalmayın, ətrafınızda hər şeyi idarə etməyinizi buraxın. Bu təbii ki, ümumi proqnozdur.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər