Bakı və Abşerondakı hava şəraiti barədə məlumat verilib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
2 iyul tarixində Bakı və Abşeron yarımadasında, əsasən, yağmursuz olacaq, şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz isə 26-31 dərəcə isti olacaq.