“Bu günə kimi heç bir qurumun bacara bilmədiyi “Sumqayıta bir nəfər” problemi. Üç aydan bir faydası olmayan reydlərlə “Hörmətli sürücü, burada maşın saxlama” deməklə deyil, konkret addımlar atmaq lazımdır”, - aparıcı və aktyor İlkin Həsəni “20 Yanvar” metro stansiyası ətrafında tıxaclarla bağlı paylaşım edib.
“MTV” kanalının inzibati binasından çəkiliş edən Həsəni aidiyyəti qurumlara müraciət edərək problemi həll etmələrini xahiş edib. Aparıcı əmindir ki, sürücülər üçün cərimələrin artırılması problemi həll edə bilər.
[caption id="attachment_95605" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]