Bakıda 2000-lərin uduzları olan müğənnilərin böyük konserti baş tutacaq. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az İticket.az saytına istinadən xəbər verir.
“KİM Production” tərəfindən təşkil olunan böyük konsertdə Faiq Ağayev, Natavan Həbibi, Samir Bağırov, Manana Caparidze, Elnur Məmmədov, Elnarə Xəlilova, Samirə Əliməryəm, Ədalət Şükürov, Emma Ələkbərzadə, Nazim Faytonçu, Almaz Ələsgərli və digər ifaçılar çıxış edəcəklər.
Aparıcı Kamran Həsənli olacaq.
Tədbir 17 iyun tarixində Yaşıl Teatrda açıq havada keçiriləcək. Biletlər artıq satışdadır.