Dünya Universitetləti sıralamasına yerli universitetlərimiz düşüb. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az reytinqə istinadən xəbər verir.
104 ölkədən olan 1500 universitet arasında 3 təhsil müəssisəmiz yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti 1001-1200-cü yerlər aralığındadır. Sıralamaya illər sonra yenidən geri qayıdan isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetitir. Təhsil ocağı 1201-1400-cü yerlər aralığında qərarlaşıb.
Siyahıya ABŞ-nin Massaçusets Texnologiya Universiteti başçılıq edir. “Kembric” və “Oksford” universitetləri müvafiq olaraq növbəti sıraları tutub.