Cavan Gənclər Hərəkatı 8 Mart Beynəlxalq Qadınlar Gününə özəl "Ritmə qarşı" qızlar arasında rəqs müsabiqəsini elan edib. Qeydiyyat artıq başlayıb. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az məlumat verir.
Müsabiqə 8 mart saat 15:00-da “Dəniz MaII” ticərət mərkəzində təşkil olunacaq.
“All styles” formatındakı yarışmaya istənilən rəqs növü ilə məşğul olan 16-29 yaş aralığında iştirakçılar qoşula bilərlər. Müsabiqənin qalibləri müxtəlif dəyərli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, “Dəniz Mall”, “Sabina” parfümeriya, “GoSport”, “Nike”, “Courir” və “Skechers”in tərəfdaşlığı ilə reallaşacaq.
Rəqs müsabiqəsində iştirak etmək üçün qeydiyyat linki: klikləyin