Xəzər rayonu, Şağan qəsəbəsində yolları su basıb. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az xəbər verir.
Heybətqulu Məmmədbəyli küçəsinin yaxınlığında yağıntılardan sonra yollar bərbad vəziyyətə düşür. Belə ki, ərazi böyük gölməçəyə çevrilir və sakinlərin hərəkəti xeyli çətinləşir. Küçədə nəinki piyadalar, hətta avtomobillər üçün belə çətinliklər yaranır.
Məsələ ilə bağlı videogörüntüləri təqdim edirik:
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/bakuplus-logo-1x1-1.mp4"][/video]