Ağ Şəhər Bazar Meydanında gənclər üçün tədbir keçiriləcək. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Azərbaycan Gənclər Fonduna istinadən xəbər verir.
Adıçəkilən ərazidə “ConGRADS! 2023” adlı Məzun Partisi keçiriləcək. Tədbir çərçivəsində əyləncə proqramı təşkil olunacaq, ulduz qonaqlarla karaoke ifa ediləcək. Partidə 2000 gəncin iştirakı planlaşdırılır.
Tədbir 18 iyul saat 18:00-da başlayacaq. İştirak tamamilə pulsuzdur. Öncədən qeydiyyat vacibdir. Müraciəti qənaətbəxş olan, ictimai fəallığı ilə fərqlənən tələbə gənclər ilə əlaqə saxlanılacaq.