Xəzər dənizi sahillərində suitilər görünüb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Abşeron Milli Parkının akvatoriyasında görünən suitilər Xəzər dənizində məskunlaşan yeganə dəniz məməliləridir. Onlar dünyada suitilərin ən xırda növü sayılırlar. Hazırda Xəzər suitilərinin populyasiyaları 100.000-110.000 arasıdır.
XX əsrin əvvəllərində bu rəqəmlər bir neçə milyona çatırdı.
[video width="480" height="848" mp4="https://bakuplus.az/storage/photos/2023/08/365429728_618843773665696_3144193758306418165_n.mp4"][/video]