Abşeron Milli Parkında “Günəşi salamlama” yoqa sessiyası keçiriləcək. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az xəbər verir.
Yoqa sessiyası 5 avqust tarixində saat 09:00-da “Yoga Shahi” studiyasının təcrübəli müəllimi Qafar Qənizadə tərəfindən təşkil ediləcək.
“Günəşi salamlama” (Surya Namaskar) sessiyasında iştirak ödənişsizdir. Nəqliyyat saat 08:00-da “Koroğlu” metro stansiyasının qarşısından yola düşəcək. Yerlərin məhdud olduğunu nəzərə alaraq, nəqliyyatdan istifadə edəcək yoqasevərlər anketi doldurmalıdırlar.
Nəqliyyatdan istifadə ilə bağlı qeydiyyat üçün son tarix: 3 avqust, saat 18:00.