Abşeron rayonunda balaca qız dəfələrlə fiziki zorakılığa məruz qalıb. Bu haqda bu gün, 28 fevral tarixində Oxu.az məlumat verib.
Verilən məlumata görə, 7 yaşlı uşağın anası bir neçə il əvvəl dünyasını dəyişib. İki azyaşlı övladı ilə qalan kişi kinci dəfə ailə qurub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəsmisi Anar Qafarov bildirib ki, Qobu Polis Bölməsində artıq araşdırmalara başlanılıb: “Tərəflərin hər biri bölməyə dəvət edilib. Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu, həmçinin qeyd edib ki, məsələ nəzarətə götürülüb. Ekspertizanın rəyinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək.