top
Ali məktəblərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Qeydiyyat BAŞLADI
15 may 2025, 02:23
- +

Ali məktəblərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Qeydiyyat BAŞLADI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.

Bakuplus.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə 10 iyul 2025-ci il tarixinədək DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər.

Şəxsi kabineti olanlar qeydiyyat sisteminə daxil olarkən təyin etdikləri parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edəcək. Qeydiyyat sisteminə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12-20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və ""!@#$&_"" kimi xüsusi simvoldan ibarət) olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.

Sistemə daxil olarkən subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat bazasından avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə SMS xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 30 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın günlərdə başlayacaq və mayın 30-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında daha ətraflı məlumatı "Abituriyent" jurnalının yaxın günlərdə çap olunacaq xüsusi buraxılışlarından əldə etmək mümkündür.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və "məqbul" qiymət alan subbakalavrlar seçə bilərlər.

1995-2007-ci il təvəllüdlü (30.04.2007-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2007-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respub­likasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

 

Son xəbərlər

Xəbər
Dünən, 14:30

Bakı sakinləri təşvişdə: Yayılan bu sirli həşərat nədir?

Xəbər
Dünən, 11:04

Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var + SİYAHI

Xəbər
12 iyun 2026, 17:00

"Anam nə danışır, nə də hərəkət edə bilir" - Həsən Əblucun qızı

Xəbər
12 iyun 2026, 16:28

"Gizli telefon"a görə döyüldü

Xəbər
12 iyun 2026, 15:36

Xəstəxanalarda ciddi yoxlamalar: 31 nəfər məsuliyyətə cəlb edildi

Xəbər
12 iyun 2026, 15:05

Şüvəlan çimərliyində FACİƏ: Dənizdə boğuldu

Xəbər
12 iyun 2026, 14:45

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olunublar

Xəbər
12 iyun 2026, 14:07

Məktəbli hoteldə öldü

Xəbər
12 iyun 2026, 12:43

Sabah Bakıda 31 dərəcə isti olacaq

Xəbər
12 iyun 2026, 12:21

Allahverdi Bağırovun anım günüdür

Xəbər
12 iyun 2026, 11:49

Bakıda orqan alveri - Həkim və tibb qardaşı həbs olundu

Xəbər
12 iyun 2026, 11:08

Beş dəfə evlənən, ölümünə həkimlərin bais olduğu aktyorumuzun doğum günüdür

Xəbər
12 iyun 2026, 10:15

Ötən il Azərbaycanda 814 mindən çox şəxs həddən artıq piylənmədən əziyyət çəkib

Xəbər
12 iyun 2026, 09:58

FHN "Son zəng"lə bağlı sürücülərə müraciət edib

Xəbər
12 iyun 2026, 09:36

Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək

Xəbər
11 iyun 2026, 18:00

Metro yay rejiminə keçir

Xəbər
11 iyun 2026, 17:20

"Kəpəz Hospital"ın ambulansı yolu "qırımızı"da keçdi, gənci vurub öldürdü

Xəbər
11 iyun 2026, 16:01

İş adamının 4 milyon manatını ələ keçirənlərə ağır cəza istənildi

Xəbər
11 iyun 2026, 15:32

Bakıda 15 min manatlıq elektron kilid dələduzluğu

Xəbər
11 iyun 2026, 14:31

Bakıda film kimi hadisə: Evləndirmək vədi ilə dələduzluq

Xəbər
11 iyun 2026, 12:00

Sabah pensiyalar ödənəcək

Xəbər
11 iyun 2026, 11:00

Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən var

Xəbər
11 iyun 2026, 10:39

"İşləmək istəyirəm, 15 ildir müraciət edirəm, xeyri yoxdur" - Məşhur müğənni

Xəbər
11 iyun 2026, 10:25

Hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Oxşar xəbərlər