“ARTIM”da "Müqəssir zövq" layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az yaradıcılıq mərkəzinə istinadən xəbər verir.
Tədbirdə “Platforma Baku” yaradıcı icması ilə birlikdə həyatınızı və ətrafınızdakı dünyanı formalaşdıran müxtəlif sosial, mədəni və transformativ aspektlər araşdırılacaq.
“Platforma Baku” ölkədə stendap janrını və ümumiyyətlə yumoru təbliğ edən yaradıcı icmadır.
Sərgiyə giriş sərbəstdir. Lakin yerlər məhduddur. Layihə 11 avqust tarixində 20:00-da baş tutacaq. 18 yaşdan yuxarı hər kəs tədbirdə iştirak edə bilər.